İsrafil Hüseynov: “Cari ildə bələdiyyə olaraq daha böyük uğurlara imza atmaq üçün çalışacağıq”
“Bu gün 2026-cı ilin ilk iş günüdür. Sonuncu seçkidən ötən bir ilə artıq yekun vurmaq üçün hesabatın üzərində çalışırıq. Ötən il büdcə gəlirlərində irəliləyişimiz olsa da, bunun qənaətbəxş hesab etmirik”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov bildirib.
Sədrin
sözlərinə görə, cari ildə bələdiyyə olaraq daha böyük uğurlara imza atmaq üçün
çalışacağıq.
Nəzərə
alsaq ki, artıq növbəti ildən bildirişlər yalnız onlayn qaydada paylaşılacaq,
demək bələdiyyənin vergi xidməti artıq buna hazır olmalı, yeniliyə, müasir tələblərə
cavab verən mövcud sistemi təkmilləşdirməklə
büdcə gəlirlərini artırmağa çalışmalıdır.
Odur
ki, Buzovna bələdiyyəsi olaraq kollektivin hər bir üzvü bu fəaliyyətə öz töhfəsini
verməyə hazırdır. Bizim əsas məqsədimiz dəyişməzdir: vətəndaş məmnunluğunu təmin etmək üçün var
gücümüzlə çalışmalıyıq.
Belediyye.info
Rəylər
0 Rəy