Əziz Zeynalov: “Hər bir bələdiyyə həm də rəqəmlərlə ifadə olunan hesabatı seçicilərinə açıqlamalıdır”
“Artıq hər bir bələdiyyənin hesabat vaxtıdır. Bələdiyyənin vergi xidməti də bu istiqamətdə ötən ildəki fəaliyyətinə yekun vurmaqla, cari ildəki fəaliyyət proqramını müəyyən edib. Dünən yeni ilin ilk iş günündə bələdiyyənin vergi xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə ötən ilə yekun vurulub, mövcud fəaliyyətə qiymət verməklə, həm də cari il üçün strateji yol xəritəsi çəkilib”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.
Sədr
qeyd edib ki, ötən ildə bələdiyyənin büdcə
gəlirlərində ümumilikdə 32 fazilik artım müşahidə olunub. Ancaq yerli vergilərin
həcmində bu artım 41 faizi keçib.
2025-ci
ildə bələdiyyənin ümumi büdcə gəlirləri 2.139.000 manata bərabər olub ki,
bununda 1.676.000 manatı əmlak vergisindən, 419 min manatı isə mehmanxana
rüsumlarından daxil olub. 2023- cü illə müqayisə də isə bu rəqəmlərdə artım səviyyəsi
52 faizə bərabər olub.
Sədr
qeyd edib ki, hər bir bələdiyyə həm də rəqəmlərlə ifadə olunan hesabatı seçicilərinə
açıqlamalıdır. Şəffaflığın təmin edilməsi bələdiyyənin üzərinə düşən əsas vəzifələrdən
biridir. Çünki hər bir seçici bilməlidir ki, bələdiyyənin əldə etdiyi vəsait
son nəticədə qəpiyinədək seçicinin qaldırdığı problemlərin həllinə yönəldilir.
Cari ildə
isə bələdiyyənin əsas hədəfi büdcə gəlirlərinin həcmini daha 40 faiz
artırmaqdır. Bu gün vergi xidmətinin əsas fəaliyyəti məhz bu istiqamətə yönəlib.
Bu gün
vergi xidmətindən bir tərəfdən BAMS -ın verdiyi bütün imkanlardan səmərəli şəkildə istifadə etmək,
digər tərəfdən növbəti il üzrə bildirişlərin onlyan şəkildə paylaşılmasına
indidən hazırlaşmaq tələb olunur. Dşünürəm ki, fəaliyyətimizlə qarşımıza
qoyduğumuz hədəfə çata biləcəyik.
Belediyye.info
Rəylər
0 Rəy