Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-01-2026 , 13:09

937

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Milli Məclis üzvü bələdiyyə sədrinə də təşəkkür etdi:   problemə operativ yaşadığına görə


Milli Məclisin  üzvü Soltan Məmmədov sosial media hesabında diqqəti çəkən paylaşım edib. Paylaşımı olduğu kimi təqdim edirik:

“Vətəndaş müraciətləri əsasında Buzovna Bələdiyyəsinin sədri İsrafil Hüseynov və Xəzər Rayon Sukanal İdarəsinin rəisi David Quliyev ilə birlikdə Xəzər rayonu, Buzovna qəsəbəsinin Ayna Sultanova, Nadir Quliyev, Aydın Xələfov və digər küçələrində mövcud vəziyyətlə yerində tanış olduq.

Görüş zamanı İsrafil Hüseynov və David Quliyev sözügedən ərazilərdə kanalizasiya probleminin aradan qaldırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verdilər, eyni zamanda problemin həlli üçün nəzərdə tutulan tədbirlər müzakirə olundu.

Göstərilən diqqətə və operativ yanaşmaya görə Buzovna Bələdiyyəsinin sədri İsrafil Hüseynova və Xəzər Rayon Sukanal İdarəsinin rəisi David Quliyevə təşəkkür edirəm"

Qeyd edək ki, Soltan Məmmədov 12 saylı Xəzər seçki dairəsindən Milli Məclisin üzvüdür. 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər