Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-01-2026 , 19:40

897

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov: “Su təsərrüfatlarının idarə olunmasında bələdiyyənin əhəmiyyətli rolu ola bilər”


“Maştağa bələdiyyəsinin inzibati binasında bələdiyyənin üzv və qulluqçularının iştirakı ilə  “Su təsərrüfatlarının idarə olunmasında bələdiyyənin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov mövzu ətrafında çıxış edərək bu sahədə bələdiyyənin üzərinə düşən məsuliyyət yükündən danışıb.

Sədr qeyd edib ki, su ehtiyatları məhdud və strateji əhəmiyyətə malik təbii sərvətlərdən biridir. Xüsusilə kənd təsərrüfatının, əhalinin sosial rifahının və ətraf mühitin davamlı inkişafının təmin olunmasında su təsərrüfatlarının düzgün idarə edilməsi mühüm rol oynayır. Bu baxımdan yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin üzərinə mühüm vəzifələr düşür.

Sədr çıxışında qeyd edib ki, bələdiyyələr yerli səviyyədə su təsərrüfatı infrastrukturu ilə təmasda olan qurumlardır. Bu səbəbdən onların proseslərdə fəal iştirakı zəruri hesab edilir və bu istiqamətdə əsas vəzifələr sırasına  bələdiyyə ərazisində mövcud olan suvarma kanallarının, arxların və digər hidrotexniki qurğuların vəziyyətinin mütəmadi monitorinqinin aparılması, su itkilərinin baş verdiyi sahələrin müəyyən edilməsi və aidiyyəti qurumlara vaxtaşırı məlumat verilməsi, su təsərrüfatı ilə bağlı yerli problemlərin öyrənilməsi və həlli üçün təşəbbüslərin irəli sürülməsi, əhali və torpaq istifadəçiləri ilə mütəmadi görüşlərin keçirilməsi, mövcud çətinliklərin yerində araşdırılması, bələdiyyə səviyyəsində su məsələləri üzrə məsul şəxslərin müəyyən edilməsi və əlaqələndirmənin gücləndirilməsi aid edilir. Bütün hallarda  bələdiyyələrin bu sahədə fəal mövqeyi yerli səviyyədə idarəetmənin səmərəliliyini əhəmiyyətli dərəcədə artıra bilər.

Görüşdə qeyd olunub ki, yuxarıda səslənən vəzifələrin icrsı nəticə etibari ilə su təsərrüfatlarının idarə edilməsində bələdiyyələrin rolunun gücləndirilməsinə, sudan səmərəli istifadənin təmin olunmasına və yerli səviyyədə dayanıqlı inkişafın təmin edilməsinə xidmət edəcəkdir.

Daha sonra qeyd edilib ki, bu məsələlərin icrası  hər bir bələdiyyə qulluqçusunun məsuliyyətli və fəal mövqeyi xüsusi əhəmiyyət daşıyır. Birgə səylər nəticəsində su ehtiyatlarının qorunması və gələcək nəsillər üçün saxlanılması mümkün olacaqdır.

İclasda  su təsərrüfatlarının idarə edilməsində bələdiyyələrin rolunun artırılması,  sudan səmərəli və qənaətli istifadə də istehlakçıların iştirakının genişləndirilməsi və müasir suvarma texnologiyalarının tətbiqinin təşviqi məsələləri ətrafında geniş müzakirə aparılıb.

 Belediyye.info

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər