Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-01-2026 , 11:08

1967

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyənin diqqət mərkəzində olan məsələlərdən biri də.... BƏLƏDİYYƏ SƏDRİ YAZIR

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamışdır. Bu qərar Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olan iki əsas hadisə - Azərbaycan Respublikasının Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və möhtəşəm Zəfərimizin beş illiyi ilə bağlıdır.

Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmişdir. Bu, ölkənin ilk müstəqil Konstitusiyası olmaqla, onun demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmasını təmin edən əsas qanundur.

Ölkə Prezidentinin və birinci xanım Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti, ölkəmizin inkişafına, çiçəklənməsinə verdikləri mühüm töhfələr, sosial, humanitar sahələrdə gördükləri əhəmiyyətli, ölçüyəgəlməz işlər nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da çox böyük rəğbətlə qarşılanır, təqdir edilir.

Qaraçuxur bələdiyyəsi də öz növbəsində 2025-ci il tarixində bir sıra tədbirlər, eyni zamanda qəsəbə ərazisində yenidənqurma, parklarda təmizlik, abadlıq, yaşıllaşdırma və quruculuq işləri aparmışdır.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 2025-ci ildə Qaraçuxur bələdiyyəsinin gördüyü işlərin hesabatını diqqətinizə çatdırmaq istərdim.

Qaraçuxur bələdiyyəsi Qaraçuxur və Yeni Günəşli yaşayış sahəsini əhatə edir.

2025-ci ildə Qaraçuxur bələdiyyəsinin gördüyü quruculuq-abadlıq işlərinin bir neçəsini qısa olaraq diqqətinizə çatdırıram.

•          Qaraçuxur qəsəbəsinin inzibati ərazisində quru və qəzalı vəziyyətdə olan ağacların budanması və ya götürülməsi ilə bağlı ETSN-nin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciətlər olunmuşdur;

•          31 saylı Suraxanı ikinci Dairə Seçki Komissiyasının 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 21, 29 və 31 saylı məntəqələrə gedən yollarda asfalt örtüyünün çəkilməsi;

•          Yeni Günəşli “AB” yaşayış sahəsi, bina 38, Qaraçuxur qəsəbəsi, Qurban Abbasov küçəsində (Mədən 4), 7-ci Qaraçuxur küçəsində, 41-ci Qaraçuxur küçəsində Cavanşir Rəhimov küçəsində məhəllədaxili yollarda asfalt örtüyünün çəkilməsi;

•          G.Mehmandarov küçəsində qəbristanlıq yolunda şeben və asfalt qırıntısının alınması və yayılması;

•          Bələdiyyənin inzibati binasında otaqların təmir işlərin görülməsi və mebellərin alınması;

•          Vağzal küçəsindən üzü Xalqlar Dostluğu istiqamətinə gedən yol boyu və Qaraçuxur-Zığ yolunda yol boyu hasarların emulsiya ilə rənglənməsi;

•          Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsi, 2704-də kanalizasiya boruların alınması;

•          Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi bina 2-nin arxa hissəsində istirahət guşəsi üçün yelləncəyin və uşaq oyun alətlərinin eləcə də Yeni Günəşli “D” yaşayış sahəsi bina 27-nin qarşısında uşaqların əylənməsi üçün  uşaq yelləncəyinin alınıb quraşdırılması;

•          Qaraçuxur bələdiyyəsinin balansında olan “D” parkda, “Veteranlar xiyabanı” parkında, “Vətən şəhidləri unudulmur” parkında və E.Bəkirli küçəsində təmir işlərin görülməsi, vaxtaşırı yaşıllıqların suvarılması və qorunması;

•          Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 4 ünvanda Xocalı şəhidi Musayev İlqar Vaqif oğlu adına və “Şərq” yaşayış sahəsi 2704  ünvanda şəhid Həsənov Elçin Əvəz oğlu adına bulağın tikilməsi, barelyefin quraşdırılması və ətrafın abadlaşdırılması, Ramil Babayev küçəsində isə şəhid Babayev Ramil Taqət oğlu adına barelyefin quraşdırılması;

•          Bələdiyyənin inzibati ərazisində yaşayan az təminatlı və imkansız sakinlərə, həmçinin qazi və şəhid ailələrinə Qurban paylarının verilməsi.

Bələdiyyənin diqqət mərkəzində olan məsələlərdən biri də qəsəbə ərazisində məişət tullantılarının vaxtlı-vaxtında yığışdırılıb təmizlənməsidir.

Bunun üçün aidiyyatı qurumlarla gündəlik əlaqə saxlanılıb və mövcud problemlər onların diqqətinə çatdırılıb, eləcə də yol kənarlarına və məişət tullantıları meydançalarına tökülmüş iriqabaritli tullantıların yığışdırılıb daşınmasında müvafiq köməkliklər göstərilmişdir. Bildirmək istərdim ki, Uşaq parkı ərazisinə dəfələrlə tökülmüş məişət tullantıları və iriqabaritli tullantılar texnikalar vasitəsilə yığışdırılıb daşınmışdır. fürsətdən istifadə edib sakinlərin nəzərinə çatdırıram ki, parkları ətrafın zibilləməmək, təmiz saxlamaq hər birimizin vətəndaşlıq borcudur.

Hesabat ilində bələdiyyəmiz sosial-humanitar tədbirlər çərçivəsində qəsəbədə yaşayan Şəhid ailələrinə, aztəminatlı ailələrə, kimsəzilərə, xəstələrə, qocalara, maddi imkansızlara və valideyn himayəsindən məhrum olan uşaqlara maddi yardımlar göstərilmiş, Qaraçuxur qəsəbəsi “Neftçilər” parkında yerləşən “Veteranlar guşəsi”nin işlətdikləri məişət qazın ödənişini, Yeni Günəşli “AB”, “Q” yaşayış sahələrində və Samir Cəfərov küçəsində “Veteranlar guşəsinin istifadə etdiyi elektrik enerjisinin ödənişi bələdiyyənin vəsaiti hesabına yerinə yetirilmişdir.

2025-cü il ərzində Qaraçuxur Bələdiyyəsinin 22 ümumi iclası keçirilmişdir. İclasların gündəliyinə 74 məsələ salınmışdır. Həmin məsələlər əsasən təşkilatı, büdcə, sosial maliyyə, təmir-tikinti, abadlaşdırma və sair məsələlər olmuşdur.

Hesabat ili ərzində 549 nəfər vətəndaş qəbul edilib. Əhalidən daxil olan ərizələrin sayı 517, idarə, müəssisələrdən daxil olan məktubların sayı 358, cavablandırılan və göndərilən məktubların sayı 470, arayışların sayı 694 olmuşdur. Daxil olan məktublar və ərizələr tərəfimizdən araşdırılaraq cavablandırılmış və yaxud aidiyyatı üzrə ünvanlanmış, bələdiyyənin imkanları daxilində sakinlərin istək və arzularına uyğun həll edilmişdir. İl ərzində 543 nəfər hərbi xidmətdən məzuniyyətə gəlmiş əsgər və zabitlərimizin qeydiyyatı aparılmışdır.

Xatırladıram ki, 01 yanvar 2015-ci il tarixdən yerli vergi və ödənişlər banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsiz ödəmə vasitələri ilə, o cümlədən internet üzərindən hesab.az ödəniş portalı vasitəsilə həyata keçirilir. Bu dəyişiklik bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsinə xidmət edir.

Hamımıza məlumdur ki, yerli problemlərin həlli ilə bağlı həyata keçirilən layihələrin sayı və miqyası bələdiyyənin maliyyə imkanlarından asılıdır. Bu baxımından bələdiyyəmizin maliyyə imkanlarının yaxşılaşdırılması məqsədi ilə yerli vergi və ödənişlərin yığılması işini daha səmərəli təşkil etməyə səy göstəririk. Avtomatlaşdırılmış Məlumat Sistemində (BAMS) aparılan yeniliklər nəticəsində Əmlak Məsələləri Dövlət Xidmətində qeydiyyatda olan çıxarışların bələdiyyənin ərazisi üzrə əldə olunması vergi yığımına müsbət təsir göstərir.

Məlumat üçün onu da qeyd etmək istəyirəm ki, hesabat ilində Yerli vergi və ödənişin ödənilməsindən illərlə imtina etmiş 64 vergi ödəyicisi barədə inzibati akt tərtib edərək sənədlərini  məcburi icraya yönəltmişik. “İnzibati icraat haqqında” Qanununun 82.1 və 82.2 maddələri əsasında inzibati akt tərtib olunaraq məcburi qaydada Azərbaycan Respublikasının “İcra haqqında” Qanununa əsasən icra məmuru tərəfindən icra olunmuşdur.

Hesabat ilində Suraxanı rayon İcra Hakimiyyəti, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsi və Qəsəbə Bələdiyyələri Milli Assosiasiyası ilə qarşılıqlı əlaqəli işləmişik.

Bələdiyyələr yerli özünüidarəetmə orqanı olduğu üçün onların büdcəsi əsasən əhalidən yığılan yerli vergilər və rüsumdan formalaşır.

2025-ci ərzində avtomobil dayanacaqları üçün ödəniş rüsumunun yığımında problemlərimiz hələ də qalmaqdadır.

Xatırlatmaq istəyirəm ki, hesabat ilində bələdiyyənin ehtiyat torpaq fondunun və perspektiv inkişaf üçün torpaq sahəsinin olmaması səbəbindən torpaq növbəliliyinə qeydiyyata götürülmüş vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamış eləcə də Bakı şəhərində bələdiyyə torpaqlarının hərrac və müsabiqəsi keçirilmədiyi üçün vətəndaşların qeyri rəsmi istifadə etdiyi bələdiyyə torpaqlarının sənədləşdirilməsi aparılmamışdır.

Hesab edirəm ki, bugün qəsəbəmizdə abadlıq və quruculuq sahəsində görülən tədbirlərdə bələdiyyəmizin işi nəzərə çarpacaq dərəcədədir.

Bir daha sizləri əmin edirəm ki, Qaraçuxur bələdiyyəsi ərazidə olan yerli problemlərin həllində qəsəbəmizdə fəalliyyət göstərən idarə və təşkilatların, xidmət sahələrinin işinin təşkilində yaxından köməklik göstərəcək, yerli icra orqanları ilə birlikdə qarşıda duran məsələlərin həll olunmasında üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacağıq.

İxdiyar Nəcəfov

Suraxanı rayonu. Qaraçuxur bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
724