Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-09-2026 , 13:01

74

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Əsli Qasımova: “Bələdiyyə ərazisində yerləşən qəbiristanlıqların  təmizliyinin qorunması istiqamətində müvafiq tədbirləri bundan sonra da  davam etdiriləcəkdir”

“Bələdiyyə tərəfindən ərazidə yerləşən xristian qəbiristanlığında iməcilik təşkil olunub”- bu barədə Belediyye.infoya məlumatı  Sumqayıt şəhər, Hacı Zeynəlabdin bələdiyyəsinin sədri  Əsli Qasımova deyib.

Xanım sədr qeyd edib ki, iməcilik çərçivəsində qəbiristanlığın ərazisində təmizlik işləri aparılıb, ətraf ərazidə yaranmış məişət tullantıları toplanaraq ərazidən çıxarılıb, yaşıllıq sahələrinə və ümumi səliqə-sahmana diqqət yetirilib.

Sədr qeyd edib ki, qəbiristanlıqlar dini mənsubiyyətindən asılı olmayaraq mərhumların xatirəsinin qorunduğu, xüsusi hörmət və ehtiram tələb edən məkanlardır. Bu baxımdan bələdiyyə tərəfindən həyata keçirilən bu cür tədbirlər ərazinin abad, təmiz və baxımlı vəziyyətdə saxlanılmasına, eləcə də mərhumların xatirəsinə hörmətin təmin edilməsinə xidmət edir.

Bələdiyyə bundan sonra da ərazisində yerləşən qəbiristanlıqların və digər ictimai məkanların abadlaşdırılması və təmizliyinin qorunması istiqamətində müvafiq tədbirləri davam etdirəcək.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər