Bələdiyyənin diqqət mərkəzində olan məsələlərdən biri də.... BƏLƏDİYYƏ SƏDRİ YAZIR
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamışdır. Bu qərar Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olan iki əsas hadisə - Azərbaycan Respublikasının Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və möhtəşəm Zəfərimizin beş illiyi ilə bağlıdır.
Azərbaycan
Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə
qəbul edilmişdir. Bu, ölkənin ilk müstəqil Konstitusiyası olmaqla, onun
demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmasını təmin edən əsas
qanundur.
Ölkə Prezidentinin və
birinci xanım Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti, ölkəmizin
inkişafına, çiçəklənməsinə verdikləri mühüm töhfələr, sosial, humanitar sahələrdə
gördükləri əhəmiyyətli, ölçüyəgəlməz işlər nəinki ölkəmizdə, onun hüdudlarından
kənarda da çox böyük rəğbətlə qarşılanır, təqdir edilir.
Qaraçuxur bələdiyyəsi də
öz növbəsində 2025-ci il tarixində bir sıra tədbirlər, eyni zamanda qəsəbə ərazisində
yenidənqurma, parklarda təmizlik, abadlıq, yaşıllaşdırma və quruculuq işləri
aparmışdır.
“Bələdiyyələrin statusu
haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 2025-ci
ildə Qaraçuxur bələdiyyəsinin gördüyü işlərin hesabatını diqqətinizə çatdırmaq
istərdim.
Qaraçuxur bələdiyyəsi
Qaraçuxur və Yeni Günəşli yaşayış sahəsini əhatə edir.
2025-ci ildə Qaraçuxur bələdiyyəsinin
gördüyü quruculuq-abadlıq işlərinin bir neçəsini qısa olaraq diqqətinizə
çatdırıram.
• Qaraçuxur qəsəbəsinin inzibati ərazisində quru və qəzalı vəziyyətdə
olan ağacların budanması və ya götürülməsi ilə bağlı ETSN-nin Dövlət Ekoloji
Ekspertiza Agentliyinə müraciətlər olunmuşdur;
• 31 saylı Suraxanı ikinci Dairə Seçki Komissiyasının 11, 12,
13, 14, 15, 16, 17, 18, 19, 21, 29 və 31 saylı məntəqələrə gedən yollarda
asfalt örtüyünün çəkilməsi;
• Yeni Günəşli “AB” yaşayış sahəsi, bina 38, Qaraçuxur qəsəbəsi,
Qurban Abbasov küçəsində (Mədən 4), 7-ci Qaraçuxur küçəsində, 41-ci Qaraçuxur
küçəsində Cavanşir Rəhimov küçəsində məhəllədaxili yollarda asfalt örtüyünün çəkilməsi;
• G.Mehmandarov küçəsində qəbristanlıq yolunda şeben və
asfalt qırıntısının alınması və yayılması;
• Bələdiyyənin inzibati binasında otaqların təmir işlərin
görülməsi və mebellərin alınması;
• Vağzal küçəsindən üzü Xalqlar Dostluğu istiqamətinə gedən
yol boyu və Qaraçuxur-Zığ yolunda yol boyu hasarların emulsiya ilə rənglənməsi;
• Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsi, 2704-də
kanalizasiya boruların alınması;
• Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi bina 2-nin arxa
hissəsində istirahət guşəsi üçün yelləncəyin və uşaq oyun alətlərinin eləcə də
Yeni Günəşli “D” yaşayış sahəsi bina 27-nin qarşısında uşaqların əylənməsi
üçün uşaq yelləncəyinin alınıb
quraşdırılması;
• Qaraçuxur bələdiyyəsinin balansında olan “D” parkda,
“Veteranlar xiyabanı” parkında, “Vətən şəhidləri unudulmur” parkında və E.Bəkirli
küçəsində təmir işlərin görülməsi, vaxtaşırı yaşıllıqların suvarılması və
qorunması;
• Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 4 ünvanda Xocalı şəhidi
Musayev İlqar Vaqif oğlu adına və “Şərq” yaşayış sahəsi 2704 ünvanda şəhid Həsənov Elçin Əvəz oğlu adına
bulağın tikilməsi, barelyefin quraşdırılması və ətrafın abadlaşdırılması, Ramil
Babayev küçəsində isə şəhid Babayev Ramil Taqət oğlu adına barelyefin
quraşdırılması;
• Bələdiyyənin inzibati ərazisində yaşayan az təminatlı və
imkansız sakinlərə, həmçinin qazi və şəhid ailələrinə Qurban paylarının verilməsi.
Bələdiyyənin diqqət mərkəzində
olan məsələlərdən biri də qəsəbə ərazisində məişət tullantılarının
vaxtlı-vaxtında yığışdırılıb təmizlənməsidir.
Bunun üçün aidiyyatı
qurumlarla gündəlik əlaqə saxlanılıb və mövcud problemlər onların diqqətinə
çatdırılıb, eləcə də yol kənarlarına və məişət tullantıları meydançalarına
tökülmüş iriqabaritli tullantıların yığışdırılıb daşınmasında müvafiq köməkliklər
göstərilmişdir. Bildirmək istərdim ki, Uşaq parkı ərazisinə dəfələrlə tökülmüş
məişət tullantıları və iriqabaritli tullantılar texnikalar vasitəsilə
yığışdırılıb daşınmışdır. fürsətdən istifadə edib sakinlərin nəzərinə
çatdırıram ki, parkları ətrafın zibilləməmək, təmiz saxlamaq hər birimizin vətəndaşlıq
borcudur.
Hesabat ilində bələdiyyəmiz
sosial-humanitar tədbirlər çərçivəsində qəsəbədə yaşayan Şəhid ailələrinə, aztəminatlı
ailələrə, kimsəzilərə, xəstələrə, qocalara, maddi imkansızlara və valideyn
himayəsindən məhrum olan uşaqlara maddi yardımlar göstərilmiş, Qaraçuxur qəsəbəsi
“Neftçilər” parkında yerləşən “Veteranlar guşəsi”nin işlətdikləri məişət qazın
ödənişini, Yeni Günəşli “AB”, “Q” yaşayış sahələrində və Samir Cəfərov küçəsində
“Veteranlar guşəsinin istifadə etdiyi elektrik enerjisinin ödənişi bələdiyyənin
vəsaiti hesabına yerinə yetirilmişdir.
2025-cü il ərzində
Qaraçuxur Bələdiyyəsinin 22 ümumi iclası keçirilmişdir. İclasların gündəliyinə
74 məsələ salınmışdır. Həmin məsələlər əsasən təşkilatı, büdcə, sosial maliyyə,
təmir-tikinti, abadlaşdırma və sair məsələlər olmuşdur.
Hesabat ili ərzində 549 nəfər
vətəndaş qəbul edilib. Əhalidən daxil olan ərizələrin sayı 517, idarə, müəssisələrdən
daxil olan məktubların sayı 358, cavablandırılan və göndərilən məktubların sayı
470, arayışların sayı 694 olmuşdur. Daxil olan məktublar və ərizələr tərəfimizdən
araşdırılaraq cavablandırılmış və yaxud aidiyyatı üzrə ünvanlanmış, bələdiyyənin
imkanları daxilində sakinlərin istək və arzularına uyğun həll edilmişdir. İl ərzində
543 nəfər hərbi xidmətdən məzuniyyətə gəlmiş əsgər və zabitlərimizin qeydiyyatı
aparılmışdır.
Xatırladıram ki, 01
yanvar 2015-ci il tarixdən yerli vergi və ödənişlər banklar, poçt rabitəsinin
milli operatoru, habelə mövcud nağdsiz ödəmə vasitələri ilə, o cümlədən
internet üzərindən hesab.az ödəniş portalı vasitəsilə həyata keçirilir. Bu dəyişiklik
bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsinə xidmət edir.
Hamımıza məlumdur ki,
yerli problemlərin həlli ilə bağlı həyata keçirilən layihələrin sayı və miqyası
bələdiyyənin maliyyə imkanlarından asılıdır. Bu baxımından bələdiyyəmizin maliyyə
imkanlarının yaxşılaşdırılması məqsədi ilə yerli vergi və ödənişlərin yığılması
işini daha səmərəli təşkil etməyə səy göstəririk. Avtomatlaşdırılmış Məlumat
Sistemində (BAMS) aparılan yeniliklər nəticəsində Əmlak Məsələləri Dövlət Xidmətində
qeydiyyatda olan çıxarışların bələdiyyənin ərazisi üzrə əldə olunması vergi
yığımına müsbət təsir göstərir.
Məlumat üçün onu da qeyd
etmək istəyirəm ki, hesabat ilində Yerli vergi və ödənişin ödənilməsindən illərlə
imtina etmiş 64 vergi ödəyicisi barədə inzibati akt tərtib edərək sənədlərini məcburi icraya yönəltmişik. “İnzibati icraat
haqqında” Qanununun 82.1 və 82.2 maddələri əsasında inzibati akt tərtib
olunaraq məcburi qaydada Azərbaycan Respublikasının “İcra haqqında” Qanununa əsasən
icra məmuru tərəfindən icra olunmuşdur.
Hesabat ilində Suraxanı
rayon İcra Hakimiyyəti, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsi və Qəsəbə
Bələdiyyələri Milli Assosiasiyası ilə qarşılıqlı əlaqəli işləmişik.
Bələdiyyələr yerli
özünüidarəetmə orqanı olduğu üçün onların büdcəsi əsasən əhalidən yığılan yerli
vergilər və rüsumdan formalaşır.
2025-ci ərzində avtomobil
dayanacaqları üçün ödəniş rüsumunun yığımında problemlərimiz hələ də
qalmaqdadır.
Xatırlatmaq istəyirəm ki,
hesabat ilində bələdiyyənin ehtiyat torpaq fondunun və perspektiv inkişaf üçün
torpaq sahəsinin olmaması səbəbindən torpaq növbəliliyinə qeydiyyata götürülmüş
vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamış eləcə
də Bakı şəhərində bələdiyyə torpaqlarının hərrac və müsabiqəsi keçirilmədiyi
üçün vətəndaşların qeyri rəsmi istifadə etdiyi bələdiyyə torpaqlarının sənədləşdirilməsi
aparılmamışdır.
Hesab edirəm ki, bugün qəsəbəmizdə
abadlıq və quruculuq sahəsində görülən tədbirlərdə bələdiyyəmizin işi nəzərə
çarpacaq dərəcədədir.
Bir daha sizləri əmin
edirəm ki, Qaraçuxur bələdiyyəsi ərazidə olan yerli problemlərin həllində qəsəbəmizdə
fəalliyyət göstərən idarə və təşkilatların, xidmət sahələrinin işinin təşkilində
yaxından köməklik göstərəcək, yerli icra orqanları ilə birlikdə qarşıda duran məsələlərin
həll olunmasında üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə
çalışacağıq.
İxdiyar Nəcəfov
Suraxanı rayonu.
Qaraçuxur bələdiyyəsinin sədri
Rəylər
0 Rəy