Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-03-2026 , 18:40

79

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nəsib İsmayılov: “Bülbülə bələdiyyəsi növbəti layihənin icrasını başa çatdırıb”

“Bülbülə bələdiyyəsi hər zaman sakinlərin hər bir müraciətini diqqətdə saxlayır”- bu fikirləri Belediyye.infoya Suraxanı rayonu, Bülbülə bələdiyyəsinin sədri Nəsib İsmayılov deyib.

Sədr bildirib ki, bu günlərdə sakinlərin kollektiv müraciətinə əsasən Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 25 ünvanında asfaltlanma işləri həyata keçirilmişdir.  

Cari ildə sayca beşinci olan bu layihənin icrasını sakinlər rəğbətlə qarşılayıb. Bununla sakinlərin və xüsusən də azyaşlıların və məktəblilərin gediş- gəlişində yaranan çətinlik aradan qaldırılıb.

Bələdiyyə təsdiq edilmiş proqrama əsasən ilin sonunadək bu səpgidə layihələrin icrasını davam etdirəcəkdir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
728