Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-03-2026 , 09:04

144

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov: “Bələdiyyəyə üzv seçilən qadınların hər biri onlara göstərilən etimadi fəaliyyətləri ilə doğruldurlar”  

“Bu gün cəmiyyətdə qadınların mühüm rolu var və bu rolun əhəmiyyəti günü-gündən artır. Hər bir sahədə, o cümlədən bələdiyyə idarəetməsində qadınlar  Vətənimizin və dövlətimizin inkişafı naminə coxsaylı addım atır və töhfələrini verməkdədirlər. Bu gün aparılan dövlət siyasətinin nəticəsidir ki, bələdiyyə sahəsində də qadınların iştirak səviyyəsi və fəaliyyəti geniş vüsət alır” – bu fikirləri Xəzər rayonu, Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov deyib.

Sədr qeyd edib ki, son seçkidən sonra Buzovna  bələdiyyəsinə seçilən 15 nəfərdən altısı qadındır. Bununla yanaşı bələdiyyədə gender məsələləri ilə bağlı komissiya yaradılıb və fəaliyyətdədir.  Bu üzvlərin hər biri rayonun aktiv qadınlarıdır. 

Buzovna bələdiyyəsinə üzv olan qadınların  bələdiyyənin hesabat iclaslarında, aztəminatlı ailələrə dəstək məqsədli ziyarətlərdə, maarifləndirmə xarakterli tədbirlərdə mütəmadi olaraq yaxından iştirak edirlər. Bələdiyyəyə üzv seçilən qadınların hər biri onlara  göstərilən etimadi fəaliyyətləri ilə doğruldurlar.  

Xatırladaq ki, hazırda bələdiyyəyə üzv seçilənlərin 39 faizini qadınlar təşkil edir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
759