Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-03-2026 , 15:15

308

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Kamandar Zeynalov: “Dayanıqlı maliyyə mənbəyinin yaradılması bələdiyyənin  qarşısında dayanan növbəti hədəflərdəndir”

“Bələdiyyə qulluqçularının  fəaliyyəti üçün şəraitin yaradılması nəticə etibari ilə bələdiyyənin yaşayış məntəqəsindəki çəki və nufuzunun artmasına öz təsiri göstərmiş olur”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin sədri Kamandar Zeynalov deyib. Bələdiyyənin özünəməxsus inzibati binada fəaliyyəti isə deyilənlərə əlavə rəng qatır.Sədr qeyd edib ki, ötən il seçki prosesindən sonra fəaliyyətə başlayarkən ilk atdığımız addımlardan biri bələdiyyənin inzibati binasının inşası oldu.  Bu gün sevindirici haldır ki, bələdiyyə artıq  yeni inzibati binaya köçməklə qarşısına qoyduğu hədəfə çatıb.

Ancaq bununla yanaşı dayanıqlı maliyyə mənbəyinin yaradılması da bələdiyyənin  qarşısında dayanan növbəti hədəflərdəndir. Bununla bağlı artıq nəzərdə tutduğumuz layihə hazırdır. Yaxın günlərdə layihənin icrasına start veriləcəkdir.

Bu gün Bilgəh bələdiyyəsinin əsas məqsədi seçicilərinə verdikləri sözü tutmaq üçün var qüvvə ilə çalışmaqdır.  Sədr açıqlamasında əlavə edib ki, inzibati binanın dəhlizində artıq fəaliyyətimizi əks etdirən lövhədə həyata keçirdiyimiz layihələrin şəkilləri də vurulmuşdur. Bununla da inzibati binaya gələn sakinlər artıq fəaliyyətimizlə yaxından tanış ola bilirlər. Lövhədəki şəkillər isə mütəmadi olaraq yeni layihələr icra etdikcə dəyişdirilir.

  Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
762