Təmraz Tağıyev: “Əhalinin həssas qrupuna aid ailələrinin hər birinin müraciətinə diqqət göstərmək bizim mənəvi borcumuzdur”
“Nərimanov bələdiyyəsi hər zaman əhalinin həssas qrupuna aid insanlara öz qayğı və diqqətini əsirgəmir. Qaldırılan məsələlər, irəli sürülən təkliflər daimi bələdiyyə iclasında müzakirəyə çıxarılaraq icrası barədə qərarlar qəbul edilir” - bu fikri Belediyye.infoya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.
Sədr qeyd edib ki, bu günlərdə bələdiyyənin inzibati
binasında rayon sakini, əslən Qərbi Azərbaycandan olan Güləbatın xanımın 85
illik yubileyi münasibətilə səmimi görüş keçirilib. Uzun və keşməkeşli ömür
yolu keçmiş Güləbatın nənə ilə söhbət zamanı onun həyat xatirələri, keçdiyi həyat
yolu və doğma yurd yerləri barədə maraqlı fikirləri dinlənilıb. Güləbatın xanım
kimi ağbirçəklərimiz xalqımızın milli-mənəvi dəyərlərimizin daşıyıcılarıdır.
Onların həyat təcrübəsi və müdrikliyi hər zaman gənc nəsil üçün bir örnəkdir. Sonda ağbircək xanıma gül dəstəsi və
qiymətli hədiyyə təqdim edilib.
Bununla yanaşı daha bir qazi atası bələdiyyədə işlə təmin
edilib. Şəhid Səbuhi Sadıqovun atası
Rövşən Sadıqovla keçirilən görüşdə oğlunun həyata yolu barəsində danışılmış, həmçinn
ölkəmizdə şəhid ailələrinə və qazilərə
göstərilən diqqət və qayğıya görə minnətdarlıq hissi bildirilmiş, Vətən müharibəsindəki Qələbənin
Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi,
xalqımızın igid oğullarının qəhrəmanlıqları nəticəsində qazanıldığı söylənilib.
Təmraz Tağıyev görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda
canını qurban vermiş şəhidlərin ailələrinə
yüksək qayğı göstərilməsi hər zaman dövlət siyasətinin prioritet məsələsi
olduğunu qeyd edib. Bu proseslərdə bələdiyyələrdə kənarda qalmır və maliyyə
imkanları çərçivəsində öz dəstəyini göstərməkdədirlər.
Xatırladaq ki, bu günədək
beş nəfər şəhid ailəsinin üzvü Nərimanov
bələdiyyəsində işlə təmin edilmiş, 31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq
maddi dəstək göstərilir. Bununla yanaşı yeddi nəfər şəhid ailəsinin övladına
aylıq təqaüd verilir.
Belediyye.info
Rəylər
0 Rəy