Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-03-2026 , 20:08

272

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “Əhalinin həssas qrupuna aid ailələrinin hər birinin müraciətinə diqqət göstərmək bizim  mənəvi  borcumuzdur”

“Nərimanov bələdiyyəsi hər zaman əhalinin həssas qrupuna aid insanlara öz qayğı və diqqətini əsirgəmir. Qaldırılan məsələlər, irəli sürülən təkliflər daimi bələdiyyə iclasında müzakirəyə çıxarılaraq icrası barədə qərarlar qəbul edilir” - bu fikri Belediyye.infoya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.

Sədr qeyd edib ki, bu günlərdə bələdiyyənin inzibati binasında rayon sakini, əslən Qərbi Azərbaycandan olan Güləbatın xanımın 85 illik yubileyi münasibətilə səmimi görüş keçirilib. Uzun və keşməkeşli ömür yolu keçmiş Güləbatın nənə ilə söhbət zamanı onun həyat xatirələri, keçdiyi həyat yolu və doğma yurd yerləri barədə maraqlı fikirləri dinlənilıb. Güləbatın xanım kimi ağbirçəklərimiz xalqımızın milli-mənəvi dəyərlərimizin daşıyıcılarıdır. Onların həyat təcrübəsi və müdrikliyi hər zaman gənc nəsil üçün bir  örnəkdir. Sonda ağbircək xanıma gül dəstəsi və qiymətli hədiyyə təqdim edilib.

Bununla yanaşı daha bir qazi atası bələdiyyədə işlə təmin edilib. Şəhid  Səbuhi Sadıqovun atası Rövşən Sadıqovla keçirilən görüşdə oğlunun həyata yolu barəsində danışılmış, həmçinn ölkəmizdə  şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıq hissi  bildirilmiş, Vətən müharibəsindəki Qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, xalqımızın igid oğullarının qəhrəmanlıqları nəticəsində qazanıldığı söylənilib.

Təmraz Tağıyev görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin ailələrinə  yüksək qayğı göstərilməsi hər zaman dövlət siyasətinin prioritet məsələsi olduğunu qeyd edib. Bu proseslərdə bələdiyyələrdə kənarda qalmır və maliyyə imkanları çərçivəsində  öz dəstəyini göstərməkdədirlər.

Xatırladaq ki,  bu günədək beş nəfər şəhid ailəsinin üzvü  Nərimanov bələdiyyəsində işlə təmin edilmiş, 31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq maddi dəstək göstərilir. Bununla yanaşı yeddi nəfər şəhid ailəsinin övladına aylıq təqaüd verilir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər