Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-04-2026 , 19:39

119

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyələrə layihələrin hazırlanması və maliyyələşmə imkanlarına dair təlim seminarı keçirilib


Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı (SECAP) sənədləri təsdiqlənmiş şəhərlər üçün (Mingəçevir, Gəncə, Şəki, Xırdalan, Yevlax, Şamaxı) layihələrin hazırlanması və maliyyələşmə imkanlarına dair təlim seminarı keçirildi.

Azərbaycan Respublikasında “Şərq Tərəfdaşlığı çərçivəsində Merlər Razılaşmasının həyata keçirilməsinə dəstək” Regional Proqramı çərçivəsində SECAP sənədləri artıq təsdiqlənmiş şəhərlər üçün təlim seminarı təşkil olundu. Tədbir Azərbaycan Respublikasının Energetika Nazirliyinin nümayəndələrinin, Enerji Səmərəliliyi Fondunun, layihə ekspertlərinin, həmçinin Mingəçevir, Gəncə, Şəki, Xırdalan, Yevlax və Şamaxı şəhərlərinin bələdiyyə sədrləri və SECAP üzrə təyin olunmuş işçi qrupların nümayəndələrinin iştirakı ilə baş tutdu.

Seminarın açılış hissəsində tərəfdaş qurumların nümayəndələri çıxış edərək yerli iqlim və enerji siyasətinin gücləndirilməsi, bələdiyyələrin institusional potensialının artırılması və SECAP sənədlərinin icrasının əhəmiyyəti barədə fikirlərini bölüşdülər.

Tədbirin əsas məqsədi təsdiqlənmiş fəaliyyət planlarının icrası üçün layihələrin hazırlanması, maliyyə imkanlarının dəyərləndirilməsi və beynəlxalq donor tələbləri üzrə biliklərin artırılması idi. Sessiyalar zamanı milli və beynəlxalq maliyyə mənbələri, donor və investorların gözləntiləri, Enerji Səmərəliliyi Fondunun təqdim etdiyi imkanlar, layihələrin hazırlanması, Layihə Dövriyyəsinin İdarə Edilməsi (PCM), SWOT təhlili, Məntiqi Çərçivə yanaşması, büdcələşdirmə və monitorinq mexanizmləri üzrə təqdimatlar keçirildi.

Praktiki hissədə iştirakçılar layihə müraciət formaları, qiymətləndirmə meyarları və donor maliyyələşməsi üçün layihə təkliflərinin hazırlanması istiqamətində ekspertlərlə birgə çalışdılar. Seminar yekun müzakirələr, suallar və növbəti addımlar üzrə fikir mübadiləsi ilə başa çatdı.

Bu kimi təşəbbüslər bələdiyyələrin dayanıqlı enerji və iqlim sahəsində fəaliyyətlərinin gücləndirilməsi, investisiya imkanlarının artırılması və yerli səviyyədə effektiv layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər