Yasamal bələdiyyəsi rəhbərliyinin sakinlərlə növbəti görüşü keçirilib
Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədovun və aparatın məsul işçilərinin iştirakı ilə Moskva prospekti məhəllə 3168 ünvanında yaşayan sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.Səyyar görüşdə çıxış edən bələdiyyənin sədri Tahir Məmmədov ilk öncə sakinlərə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun salamlarını çatdırdı.
Daha
sonra məhəllə sakinləri yolların təmiri və müxtəlif sosial məsələləri əhatə
edən bir sıra mövzular qaldırdılar. Sakinlər adından çıxış edən Pərviz Hüseynov
rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Prezident
cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi.
Rayon
ərazisində sakinlərlə səyyar görüşlər bələdiyyə tərəfindən mütəmadi olaraq
davam etdirilir.
Yasamal
Bələdiyyəsi
Rəylər
0 Rəy