Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-05-2026 , 10:36

59

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Səbail bələdiyyəsində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş dəyirmi masa təşkil olunub

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Səbail Bələdiyyəsi tərəfindən anım tədbiri təşkil olunmuşdur.

Tədbir iştirakçıları əvvəlcə Badamdar parkında yerləşən Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoymuş,

Daha sonra tədbir dəyirmi masa formatında davam etmiş, Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.

Tədbirdə çıxış edən Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, xalqın rifahı və ölkənin inkişafı istiqamətində misilsiz xidmətlərindən bəhs etmişdir.

Həmçinin, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı üzrə “Xanlar küçəsi 2” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Hüseyn Qurbanov çıxış edərək Ulu Öndərin zəngin siyasi irsinin gənc nəsillər üçün mühüm örnək olduğunu vurğulamışdır.

Səbail bələdiyyəsi



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər