Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-05-2026 , 20:03

82

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mürsəl Eminov: “Binəqədi bələdiyyəsi həssas qrupa aid ailələri hər zaman diqqət mərkəzində saxlayır”


“Hər il olduğu kimi bu ildə bayram münasibəti  ilə Binəqədi bələdiyyəsi  230 ailəyə Qurban payı verilib” - bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Mürsəl Eminov bildirib.

Sədr açıqlamasında qeyd edib ki, bələdiyyənin inzibati binasında bələdiyyə əməkdaşları tərəfindən rayon ərazisində yaşayan ahıl, aztəminatlı, şəhid  və qazi ailələrinə əvvəlcədən qablaşdırılmış formada bayram payı təqdim edilib.

Siyahı üzrə inzibati binaya dəvət edən insanları  bələdiyyə əməkdaşları qarşıdan gələn Qurban Bayramı münasibəti ilə təbrik edib, onların hər birinə can sağlığı arzulayıblar.

Sədr qeyd edib ki, Binəqədi bələdiyyəsi hər zaman həssas qrupa aid ailələri daim diqqət mərkəzində saxlayır, onların sosial-məişət qayğıları ilə maraqlanır, üzləşdikləri problemlərin həlli ilə bağlı addım atırlar.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər