Ramil Hüseynli: “Tədbirin bələdiyyə tərəfindən həyata keçirilməsinin əsas məqsədi…”
“Qaradağ rayonu Sahil bələdiyyəsinin təşkilatçılığı, eləcə də sahibkarların dəstəyi ilə Müqəddəs Qurban bayramı münasibətilə qəsəbə sakinləri olan şəhid ailələrinə və aztəminatlı ailələrə qurban payları təqdim edilmişdir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Ramil Hüseynli deyib.
Sədr qeyd edib ki, bələdiyyənin inzibati binasında təşkil
edilən tədbirin bələdiyyə tərəfindən həyata
keçirilməsinin əsas məqsədi müqəddəs bayram günlərində əhalinin həssas qruplarına
göstərilən diqqət və qayğının nəticəsidir.
Sədr keçirilən hər bir görüşdə Müqəddəs Qurban bayramı
münasibətilə bütün şəhid ailələrini, qazilərimizi və rayon sakinlərini səmimi qəlbdən
təbrik edib.
Qeyd edək ki, Qurban paylarının təqdimatı bələdiyyə qulluqçularının yaxından iştirakı ilə keçirilib.
Belediyye.info
Rəylər
0 Rəy