Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-07-2026 , 23:22

98

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Savalan yaşayış massivində abadlıq və cari yol təmir işləri həyata keçirilib


“Sabunçu rayonu, Maştağa bələdiyyəsinin 18.06.2026-cı il tarixli, 12 saylı protokoluna uyğun olaraq qəsəbənin Savalan yaşayış massivi, Şəhid Nicat Qasımlı küçəsində abadlıq və cari yol təmir işləri həyata keçirilmişdir”-bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.

Yaşayış massovondə işlər küçə sakinlərinin kollektiv müraciətləri, həmçinin həmin küçədə yaşayan şəhid atası Qasımov Elşən İsmayıl oğlunun müraciəti əsasında aparılmışdır.

Sədr qeyd edib ki, görülmüş işlər çərçivəsində küçədaxili yol xüsusi texnikalar vasitəsilə hamarlanmış,mövcud çökəkliklər və çuxurlar karbonat və çınqıl materialları ilə doldurularaq möhkəmləndirilmiş, yol səthi bərabərləşdirilərək nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkəti üçün yararlı vəziyyətə gətirilmişdir.

Həyata keçirilmiş abadlıq və cari yol təmir işləri nəticəsində ərazidə yaşayan sakinlərin, o cümlədən şəhid ailəsinin gündəlik gediş-gəlişi üçün daha təhlükəsiz və rahat şərait yaradılmışdır.

Maştağa bələdiyyəsi vətəndaş müraciətlərinə həssaslıqla yanaşaraq qəsəbənin sosial infrastrukturunun yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər