Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-07-2026 , 20:36

136

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Maştağa bələdiyyəsi tərəfindən növbəti abadlıq və cari yol təmir işləri həyata keçirilib


Vətəndaş müraciətlərinə operativ baxılması və yaşayış məntəqələrində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində Maştağa bələdiyyəsi tərəfindən növbəti abadlıq və cari yol təmir işləri icra olunmuşdur.

Maştağa bələdiyyəsinin 18.06.2026-cı il tarixli, 12 saylı protokoluna əsasən, Vətən müharibəsi veteranı Məmmədov Səyyaf Gəray oğlunun müraciəti nəzərə alınaraq Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat–Maştağa şosesi ərazisində yerləşən məhəllədaxili dalanda cari yol təmir işləri həyata keçirilmişdir.

Görülmüş işlər çərçivəsində məhəllədaxili yol xüsusi texnikalar vasitəsilə hamarlanmış,çökəklik və çuxurlar karbonat və çınqıl materialları ilə doldurularaq möhkəmləndirilmiş, yol səthi bərabərləşdirilərək istifadəyə yararlı vəziyyətə gətirilmişdir.

Həyata keçirilmiş işlər nəticəsində məhəllə sakinlərinin, xüsusilə Vətən müharibəsi veteranının və ailəsinin gündəlik gediş-gəlişi üçün daha təhlükəsiz və rahat şərait yaradılmışdır.

Maştağa bələdiyyəsi vətəndaş müraciətlərinə həssas yanaşaraq qəsəbənin sosial infrastrukturunun yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

Sabunçu rayonu, Maştağa bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər