Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-08-2026 , 21:20

211

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Naidə Məmmədova:  “Bu gün bələdiyyənin heç bir quruma, xüsusəndə DSMF-yə borcu olmasa da…”

“Bu gün əsas problemimiz ərazdə kifayət qədər sənədsiz əmlakın olmasıdır”- bu fikirləri Qaradağ rayonu, Ələt bələdiyyəsinin sədri Naidə Məmmədova  bələdiyyənin sədr müavini Zülfüqar Zülfüqarov, bələdiyyənin baş mühasibi Həbibə Mansurovanın, Vergi xidmətinin rəisi Azad  Musayevin, vergi müfəttişi İntizar Babayevanın  və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakı ilə keçirilən görüşdə səsləndirib.

Sədrin sözlərinə görə, bu gün bələdiyyənin büdcə gəlirlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə  15 faizlik artıma nail olunsa da, bu irəliləyiş bələdiyyənin kollektivini qane etmir. Məqsədimiz il ərzində 25 faizlik artıma nail olmaqdır. Bu hədəfə çatmaq üçün bələdiyyənin vergi xidməti və azsaylı kollektivi ciddi şəkildə çalışır. Hazırda ərazidə olan üç minə yaxın vergi ödəyicisi Bələdiyyələrin Vahid İnformasiya Sistemində qeydiyyatdadır. Bu gün bələdiyyənin heç bir quruma, xüsusəndə DSMF-yə borcu olmasa da, kifayət qədər alacağımız var. Bunun üçün vergi ödəyiciləri ilə ciddi söhbətlər aparır, izahatlar edilir, qanunverciliyin bir çox məqamlarına aydınlıq gətirilir. Əgər bu gün  ərazidə ümumi təsərrüfatın beş faizədək hissəsində çıxarış varsa, demək birinci növbədə əmlakın sənədləşdirilməsi ilə bağlı məsələlər gündəmə gətirilməlidir.

Sədr qeyd edib ki, bələdiyyə olaraq ərazidə olan şəhid və qazi ailələri daim diqqətdə saxlanılır. Onlarla mütəmadi olaraq görüşlər keçirilir. Hər daim maddi və mənəvi dəstək göstərilir.

Sədr görüşdə, cari ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə 20.535 manat  vəsait daxil olduğunu, onunda  9.821 manatı əmlak vergisindən, 10.714 manatı torpaq vergisindən  əldə edildiyini qeyd edib.

Görüşdə təəssüflə bildirilib ki, icra-probasiyaya göndərilən müraciətlərin cavabsız qalması səbəbindən bu istiqamətdən büdcəyə əlavə vəsait daxil olmayıb.

Vətəndaş müraciətlərinə baxılması daim bələdiyyənin diqqət mərkəzində olduğunu qeyd edən xanım sədr bildirib ki, hər gün bələdiyyənin rəsmilərinə edilən müraciətlər əsasən vergi ödənişi və əmlakın sənədləşdirilməsi ilə bağlı olur. Bələdiyyədən asılı olan digər məsələlər bütün hallarda dərhal öz həllini tapır. Ancaq bələdiyyədən asılı olmayan məsələlərin həlli ilə bağlı isə  tövsiyələr verilir.

Ciddi fikir mübadiləsi şəraitində keçən müzakirələrdə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər