Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-08-2026 , 00:11

86

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Düşünürdüm, ancaq təəcüblənmədim... 

(Bir günlük səfərin qısa xülasəsi)

Bələdiyyələri ziyarətim davam edir. Bu gün daha üç - Qaradağ rayonunun Ələt, Qobustan və Sahil bələdiyyəsində oldum. Həmişə olduğu kimi, heç kimə heç bir məlumat vermədən.

Artıq saat on tamam da Ələt bələdiyyəsində məni sədrin müavini qarşıladı. İlk dəfə görüşürdüm. Savadlı kadr olduğunu hiss etdim. Düşünürəm ki, bələdiyyəmizi elə bir səviyyəyə çatdırmalıyıq bu sistem dövlət qurumları, hətta digər seçkili orqan üçün kadr bazasına çevrilsin. Nə isə...

Bələdiyyədə görüşüm gec də olsa alındı. Maraqlı keçdi. Öz təkliflərimi verdim. Yeni seçilən xanım sədrlə ilk dəfə idiki görüşürdüm. Görüşdə uzun illər bələdiyyənin sədri olmuş, hazırda bələdiyyənin vergi xidmətinin rəhbəri olan Azad Musayevin iştirakı, kollektivdə hökm sürən səmimi atmosfer bütün hallarda diqqətimi çəkdi.

Sadəcə, məni narahat edən məqam bələdiyyənin inzibati binasının qarşısında olan və Azərbaycan Dəmiryol İdarəsinin balansında olan Nəriman Nərimanov parkının uzun illər baxımsız vəziyyətdə qalması və balansa verilmədiyi üçün  bələdiyyənin də bu prosesə müdaxilə edə bilməməsi idi. Yəqin ki, bu problem yaxın günlərdə çözülər və tezliklə öz həllini tapar. Nə isə...

Qobustan bələdiyyəsində də inzibati binanın boş olmadığının, iş prosesinin getdiyinin şahidi oldum. Sədrin isə məzuniyyətdə olduğunu öyrəndim....

Sahil qəsəbəsində olmaqda isə əsas məqsədim əslində sədrlə birgə rayonun Səngəçal qəsəbəsində olan və ölkə və yerli əhəmiyyətli maddi-mədəni irs nümunələrinin ziyarəti idi. Əlavə edim ki,  Sahil qəsəbəsində əvvəlki illərdə qurulan sağlam sistemin  bu gün bələdiyyənin yeni seçilən sədri tərəfindən uğurla inkişaf etdirildiyinin və son illərdə bir çox uğura imza atdıqlarının şahidiyəm.

Odur ki, binaya daxil olub sədri soruşanda da əsas məqsədim məhz dediyim ərazidəki yerləri ziyarətə dəstək verməsi idi.

Mən vestibüldə Qobustan bələdiyyəsinin zənginə cavab verərkən artıq Sahil bələdiyyəsinin sədri ilə girişdə qarşılaşdım. Fikrimi söylədikdə isə anındaca razılaşacağını açığı  gözləmirdim. Düşünürdüm ki, bəziləri kimi ola bilər min bir bəhanə ilə imtina etsin. Qısası, yola versin. Amma belə olmadı.

Bürkülü və isti bir havada yola düzəldik.  Səngəçal qəsəbəsi ərazisində çətinliklə də olsa  “Karvansarayı”,  iki qədim ovdanı  və Sofi-Həmid Türbəsini ziyarət etdik. Çəkilən materiallar artıq Youtube yerləşdirilib. Baxmağa dəyər.

Deyim ki, “Karvansarayın” tapılmasında Səngəçal bələdiyyəsinin sədr  müavinin də mühüm rolu olduğunu danmaq olmaz. Ziyarət etdiyimiz dörd maddi-mədəni irs nümunəsinin heç birində Mədəniyyət nazirliyinin hər hansı məlumaylandırıcı bir löhvəsinin vurulmamasına təəcüblənmədim. Çünki  Balaxanı qəsəbəsində ziyarətində olduğum abidələrin də heç birində məlumat lövhəsinə rast gəlməmişdim. Nə isə...

Sofi-Həmid türbəsinə gedən asfalt yolun bir xeyriyyəçi tərəfindən çəkildiyini, hətta əraziyə suyun çəkildiyini də öyrəndim.

Beləliklə, yol boyu həm də bələdiyyədəki yeniliklərdən də danışdıq. Güman edirəm ki, Qaradağın digər bələdiyyələri də daimi iş başında olub, həm də ərazilərində gördükləri işləri təbliğ etməklə, öz çəki və nüfüzlarının artırılmasına çalışacaqlar. Nə isə...

Gözləyək...

BELƏLİKLƏ, ALLAH ZİYARƏTİMİZİ QƏBUL ETSİN

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər