Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-09-2026 , 00:46

116

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “Sakinlər bilməlidirlər ki,…”

“Sakinlərlə daha sıx əlaqələrin qurulması, onların müraciət və problemlərinin operativ şəkildə araşdırılması və yerli səviyyədə həllinə daha çox imkan yaradılması bu gün Nərimanov bələdiyyəsinin əsas fəaliyyəti prinsipidir”- bu fikirləri Belediyye.infoya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.

Sədr qeyd edib ki, bələdiyyə iclasında qəbul edilmiş qərara əsasən ilk növbədə sakinlərlə mütəmadi görüşlərin keçirilməsi, bələdiyyəyə daxil olan müraciətlərin elektron şəkildə qəbulu  və onların  izlənilməsi, görülən işlər barədə ictimaiyyətə müntəzəm məlumat verilməsi təsdiq edilmiş proqramın tərkib hissəsi hesab edilir.

Bununla yanaşı, Nərimanov rayonunda abadlıq, yaşıllıqların qorunması, məhəllələrin və ümumi istifadə olunan ərazilərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində daha sistemli layihələrin həyata keçirilməsi də bələdiyyə üçün gündəmdə olan məsələlərdəndir.

Sədr qeyd edib ki, Nərimanov RİH-lə, o cümlədən  ictimai təşkilatlar və sakinlərlə əməkdaşlığının genişləndirilməsi də bu prosesə müsbət təsir göstərə bilən amillədəndir.

Təmraz Tağıyevin fikrincə, bu gün hər bir  bələdiyyənin fəaliyyətində şəffaflıq, hesabatlılıq və vətəndaş məmnuniyyəti əsas prinsiplərdən biri olmalıdır. Sakinlər bilməlidirlər ki, onların təklif və müraciətləri dinlənilir, nəzərə alınır və mümkün olduğu qədər konkret nəticəyə çevrilir.

Nərimanov bələdiyyəsinin daha mükəmməl fəaliyyəti üçün əsas istiqamət məhz  sakinlərlə bələdiyyə arasında etimad və əməkdaşlıq mühitinin daha da gücləndirilməsidir.

Təmraz Tağıyev hesab edir ki, müasir yanaşmaların tətbiqi, rəqəmsal imkanların genişləndirilməsi və vətəndaş iştirakçılığının artırılması bələdiyyənin fəaliyyətinin daha səmərəli təşkilinə mühüm töhfə verə bilər. Odur ki, Nərimanov bələdiyyəsinin kollektivi bu istiqamətdə var gücü ilə çalışır.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər