Allahverdi Həsənli: “Əhmədli bələdiyyəsinin büdcə daxilolmalarında artım qeydə alınıb”
Xətai rayonu, Əhmədli bələdiyyəsinin sədri Allahverdi Həsənli bildirib ki, son illərdə bələdiyyənin büdcə daxilolmalarının artırılması və yerli maliyyə imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Qeyd etmək
lazımdır ki, 2022-ci ilin 9 ayı ərzində Əhmədli bələdiyyəsinin büdcə
daxilolmalarının həcmi 76 968 manat təşkil edib. 2025-ci ilin eyni dövründə bu
göstərici 135 418,54 manata, 2026-cı ilin ilk 9 ayında isə 171 418,64 manata
çatıb.
Beləliklə,
təqdim olunan rəqəmlərə əsasən, 2026-cı ilin 9 aylıq büdcə daxilolmaları
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 36.000 manat və ya təxminən 26,6 faiz
artıb. 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə daxilolmalar 94.450 manat çox
olub.
Bələdiyyə
sədri Allahverdi Həsənli qeyd edib ki, büdcə daxilolmalarının artması yerli
maliyyə imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bu istiqamətdə
əsas məqsəd bələdiyyə gəlirlərinin artırılması, maliyyə vəsaitlərindən səmərəli
istifadə edilməsi və ərazidə yaşayan sakinlərin ehtiyaclarının qarşılanmasına
töhfə verməkdir.
O, həmçinin vurğulayıb ki, bələdiyyənin fəaliyyətində maliyyə intizamının qorunması, daxilolmaların qanunvericiliyə uyğun təmin edilməsi və yerli əhəmiyyətli məsələlərin həlli üçün mövcud imkanlardan səmərəli istifadə olunması prioritet istiqamətlərdəndir.
Belediyye.info
Rəylər
0 Rəy