Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-10-2026 , 01:00

104

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nigar Məmmədova: “Sakinlərin müraciətləri əsasında qəsəbəmizdə abadlıq işləri davam etdirilir”


Binəqədi rayonu, Xocasən bələdiyyəsi tərəfindən qəsəbənin 2-ci döngəsində asfaltlanma işləri həyata keçirilib. Layihə sakinlərin müraciətləri və ərazidə yol infrastrukturunun yaxşılaşdırılması zərurəti nəzərə alınaraq icra olunub.

Bələdiyyə sədri Nigar Məmmədova bildirib ki, sakinlərin müraciətlərinin dinlənilməsi, onların gündəlik həyatında qarşılaşdıqları problemlərin həlli və qəsəbədə abadlıq işlərinin aparılması əsas fəaliyyət istiqamətlərindəndir.

“Bizim əsas məqsədimiz sakinlərin rahatlığını təmin etmək, onların müraciətlərinə həssaslıqla yanaşmaq və mövcud problemlərin həlli istiqamətində konkret addımlar atmaqdır. Qəsəbənin 2-ci döngəsində asfalt işlərinin görülməsi də sakinlərin müraciətləri əsasında həyata keçirilib. Bundan sonra da imkanlarımız daxilində qəsəbəmizin infrastrukturunun yaxşılaşdırılması, yolların abadlaşdırılması və sakinləri narahat edən məsələlərin həlli istiqamətində işlərimizi davam etdirəcəyik”, – deyə Nigar Məmmədova qeyd edib.

Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər