Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-10-2025 , 01:21

868

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

Qoşqar Məmmədov: “Qazi və şəhid ailələrinin üzvləri  daim Nizami bələdiyyəsinin diqqət mərkəzindədir”

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə əldə edilmiş şanlı zəfərin mühüm tarixi-siyasi əhəmiyyəti var. Bu zəfərdə igid Azərbaycan oğullarının, şəhid və qazilərimizin də əvəzsiz payı var. Onların qəhrəmanlıqlarından təkcə ölkəmizdə deyil, ölkəmizin hüdudlarından kənarda da böyük heyrət hiss ilə danışılır”- bu fikirləri Gəncə şəhər Nizami bələdiyyəsinin  sədri Qoşqar Məmmədov Qarabağ qaziləri ilə bələdiyyənin inzibati binasında keçirilən  görüşdə səsləndirib.

Görüşdə sədr bildirib ki, bələdiyyə olaraq əsas vəzifəmizdən biri də daimi olaraq həssas qrupa aid insanların problemləri ilə  tanış olmaq, təkliflərini dinləmək, ən əsası qaldırılan problemlərin həllini diqqətdə saxlamaqdır.

Sədr görüşdə Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə lazımi dövlət dəstəyinin göstərilməsi istiqamətində görülən işlərdən danışıb.

Görüşdə sədr daha sonra qeyd edib ki, hər daim onların yanındadır və  hər bir məsələdə onları  dəstəkləyır.

Görüşün davamında  qazi və şəhid ailəsinin üzvləri çıxış edərək, bələdiyə tərəfindən göstərilən etimada və dəstəyə görə təşəkkür ediblər.



Rəylər

0 Rəy


Rəy yaz