Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-11-2025 , 22:25

548

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

BAMS-ın dövlət informasiya sistemi statusu alması üzərimizə daha böyük məsuliyyət qoyur.  

BAMS-ın dövlət informasiya sistemi statusu alması üzərimizə daha böyük məsuliyyət qoyur.  Ümumilli lider Heydər Əliyevin bizə miras qoyduğu dövlətçilik prinsipləri bu gün də yaşayır. Sosial ədalət və demokratiya kimi prinsipləri əsas götürərək ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl islahatlar həyata keçirilir. Hər sahədə olduğu kimi Bələdiyələrin inkişafı üçün də dövlətimiz tərəfindən hərtərəfli şərait yaradılır.

Belə şəraitdən biz bələdiyyələr də düzgün istifadə etməklə fəaliyyətimizi səmərəli qurmağa və sakinlərimizi narahat edən məsələlərin həllinə çalışırıq. Burda  da qeyd olunduğu kümü  normal fəaliyyətimiz mövcud qanunvericiliyə ciddi əməl etməklə güclü maliyyəyə və təcrübəli kadrlardan ibarət peşəkar komandaya əsaslanmalıdır. Bu baxımdan Bələdiyyələrin Milli Assosiasiyalarının bizə göstərdikləri dəstək danılmazdır. Əsasən də maliyyə məsələlərin həll edilməsi məqsədi ilə vergi-uçot sisteminin düzgün qurulması, vergiödəyicilərinin və vergi obyektlərinin maksimum şəkildə vergiyə cəlb edilməsi işində milli assosiasiyalar tərəfindən yaradılmış və uzun müddət Nizami bələdiyyəsində də  tətbiq olunan Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemini (BAMS) xüsusi vurğulamaq istəyirəm. Son iki il ərzində BAMS proqramının əsaslı formada təkmilləşdirərək yeni versiyasının hazırlanması, onun müvafiq dövlət qurumlarının elektron informasiya bazasına inteqrasiyasının təmin edilməsi proqramın imkanlarını xeyli genişləndirmişdir.  Yaradılmış bu imkanlar  bələdiyyə ərazisində yerləşən yerli vergiödəyici obyektlər barədə məlumatların qısa müddətdə əldə edilməsinə və vergiyə cəlb edilməsində işimizi xeyli asanlaşdırmışdır. Əvvəllər hər hansı vergi obyekti barədə məlumatın əldə edilməsi üçün bələdiyyə tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Regional idarəsinə yazılı müraciət olunurdusa və kifayət qədər vaxt itkisi baş verirdisə, inteqrasiya təmin edildikdən sonra BAMS proqramı vasitəsi ilə bələdiyyə ərazisində yerləşən istənilən vergi obyekti barədə məlumatları bir neçə dəqiqə ərzində əldə etmək mümükündür. Qeyd olunan inteqrasiya prosesləri nəticəsində son ildə Gəncə şəhəri Nizami bələdiyyəsi əmlak üzrə 1714 və torpaq üzrə 85 çıxarış əldə etmişdir. Bu da, bələdiyyə büdcəsinə əlavə olaraq əmlak vergisindən 20791 manat, torpaq vergisindən isə 3688 manatın daxil olmasına köməklik göstərmişdir.

Eyni zamanda vergiödəyicilər üçün ödəmə imkanları da artırılmış, mümkün olan bütün ödəmə vasitələri ilə vergilərin ödənilməsinə şərait yaradılmışdır. Milli Assosiasiyaların  Bələdiyyələrin Online Xidməti Mərkəzi tərəfindən vergi ödəmələrinin daha da asanlaşdırmaq məqsədi ilə tədiyə bildirişlərində QR kodla ödəniş imkanı tətbiq edilməsi bizə tövsiyyə olunmuşdur. Əlavə olaraq, bələdiyyə-vətəndaş münasibətlərində şəffaflığın daha da artırılması məqsədilə  “Digital Login” servisi üzərindən daxil olmaqla ödəyicilər üçün e-belediyye.az domenində test mühitində elektron kabinet yaradılmış və Nizami bələdiyyəsində də istifadəyə verilməsi istiqamətində köməklik göstərilmişdir.

Milli Assossaiya tərəfindən mütəmadi olaraq BAMS proqramının təkmilləşdirilməsi və bələdiyyə işçilərinin Proqramın imkanlarından düzgün istifadə edilməsi ilə bağlı təlimlər keçirilir, həmçinin Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən fəaliyyətimizin qanunauyğun təşkili ilə bağlı müvafiq tövsiyyələr verilir, region bələdiyyələrinin iştirakı ilə  daima seminarlar keçirilir, metodiki köməkliklər göstərilır.

Düşünürəm ki, BAMS-ın dövlət informasiya sistemi statusunda bələdiyyələrin vahid informasiya sistemi kimi hüquqi əsaslarının yaradılması üzərimizə daha böyük məsuliyyət qoyur.  Mövcud qanunvericiliyin tələbinə uyğun olaraq fəaliyyətimizlə bağlı lazımi məlumatların vaxtlı-vaxtında Sistemə daxil edilmsini təmin etməliyik.

BAMS proqramının düzgün tətbiqi və imkanlarından maksimal dərəcədə istifadəsi iilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərin  nəticəsi olaraq ölkənin digər bələdiyyələriundə olduğu kimi Gəncə şəhərinin Nizami bələdiyyəsində də illik büdcə gəlirlərinin artımına nail olunmuşdur.  2023-cü ildə  əvvəlki ilə nisbətən büdcə gəlirlərimiz 10% artaraq  574 695 manat olmuşdur. Vergi daxilolmaları isə  2024-cü ildə 2022-ci ilə nisbətən 12% artaraq 230975  manat təşkil etmişdir.

Bələdiyyənin maliyyə imkanlarının artması nəticəsində hesabat dövründə bir neçə şəhid və qazi ailələrinə dəstək göstərə bilmişik. Sosial qayğıya ehtiyacı olan bəzi ailələrin rifahını yaxşılaşdırmaq üçün maddi yardımlar göstərmişik. Bundan başqa bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Bələdiyyə büdcəsindən ayrılan vəsait hesabına bir sıra iqtisadi, ekoloji və sosial layihələrin həyata keçirilməsinə nail olmuşuq.

Gələcəkdə bələdiyyəmizin maliyyə iqtisadi vəziyyətini daha da gücləndirməklə şəhərimizin sosial-iqtisadi inkişafında, ictimai həyatında yaxından iştirak etməklə, qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq.

Bələdiyyə idarəçiliyində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi sahəsində də Assosiasiyanın dəstəyini yüksək qiymətləndiririk.  Bu məqsədlə İnkişaf etmiş Avropa dövlətlərinin və qardaş Türkiyə bələdiyyələri və onların birlikləri ilə əməkdaşlıq əlaqələrinin qurulması təcrübə mübadiləsi baxımından çox önəmlidir.  Milli Assosiasiyanın təklifi əsasında  mənim də bələdiyyə sədri kimi 2022-ci ildə  və cari ilin aprel ayında Türkiyə Respublikasının İstanbul şəhərində   keçirilmiş Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) 6-cı və 7-ci ümumi toplantılarında iştirakım təmin edilmişdir. Düşünürəm ki, tədbirdə birliyin üzvü olan dövlətlərdə yerli özünüidarəetmənin fəaliyyəti ilə bağlı əldə etdiyim təcrübi biliklər fəaliyyətimizin daha da səmərəli qurulmasında faydalı olacaqdır.

Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəhbərliyinə və əməkdaşlarına mütəmadi olaraq bizə göstərdikləri  dəstəyə və köməkliklərə görə şəxsim və bələdiyyəmiz adından təşəkkürlərimi bildirirəm, həmkarlarıma isə fəaliyyətlərində uğurlar arzu edirəm.

 Qoşqar Məmmədov

Gəncə şəhəri, Nizami bələdiyyəsinin sədri

 

 

Rəylər

0 Rəy


Rəy yaz