Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-03-2026 , 10:37

44

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələr Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyətindən niyə narazıdırlar? CİDDİ

Ölkə başçısının son illərdə həyata keçirdiyi layihələr, xüsusəndə doğma Qarabağımızın erməni işğalından azad etməklə bağlı apardığı siyasət və bu gün bu siyasətin nəticəsində Azərbaycanın dünya miqyasında söz sahibi olması üçün  atdığı addımlar 7-dən  77-yədək hamının ürəyindən xəbər verib, hər kəs bu addımları, bu qalibiyyətləri  bəyənir və təqdir edir. Bu addımları ilə Prezident İlham Əliyev öz adını, o cümlədən Azərbaycanın adını dünya tarixinə qızıl hərflərlə yazdırmış oldu.

Ancaq bu gün bəzi mərkəzi və yerli icra hakimiyyəti rəhbərlərinin Ulu öndər Heydər Əliyevin yadigarlarıdan olan bələdiyyələri hətta bəzən düşmən obrazında görmələri hər kəsdə təəssüf hissi doğurur. Mətləbə keçək.

***

İcra hakimiyyətinin başçısı niyə bələdiyyənin fəaliyyətinin təbliğinə maraqlı olmamalıdır- sual olunur. Niyə bələdiyyənin gördüyü işləri dolayısi ilə öz adlarına paylaşır, ancaq bələdiyyənin vəsaiti ilə həyata keçirilən layihələrdə bələdiyyənin heç adı çəkilmir. Və yaxud bələdiyyənin kollektivində çalışanlar sırasında niyə icra başçısının və RİH məmurlarının saysız- hesabsız qohum əqrəbası olmalıdır. Bu adamlar isə gəlib bir işin qulpundan yapışsalar sözüm olmaz. Onlar heç isə də gəlmirlər, təəssüf ki.

Və yaxud əsas bir məsələ. Bu gün ölkəmizdə formalaşdırılan  685 bələdiyyənin 640-i Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyətindən narazıdır. Niyə? Ona görə ki bir sənədin bələdiyyə tərəfindən alınması ilə bağlı nə qədər imtina göndərilə bilər?  Makismim 21 gün ərzində həll edilməli olan proses niyə aylar, bəzən də illər çəkməlidir.

Son illərdə qiymətləndirmə ilə bağlı məsələlər bələdiyyələrə əlavə problemlər yaratmaqdadır. Bu sahədə ixtisaslı kadrlar yoxdurmu ki, rəhbərliyə izah versinlər ki, rayon mərkəzindəki torpağın satış qiyməti ilə kənar ərazilərdəki torpağın satış qiyməti eyni ola bilməz. Mən qiymətləndirmə ilə bağlı prosesin hansı forma və məzmunda getdiyindən xəbərdaram. Özlərinin təklifi ilə qanuna edilən dəyişikliyi indi özləri qəbul etmirlər. Bu nə biabırçılıqdı.  Bələdiyyələrə mülkiyyətə əmlak və torpağın verilməsi, Bakı və rayonlardakı bələdiyyələrə xəritələrin verilməsi niyə bu günədək başa çatdırılmayıb. Axı 27 il keçir. Nə vaxt veriləcək. Nə vaxt sizin öz qurumlarınızda vahid bir xəritə olacaq. Bu dürüstləsdirməni bəhanə gətirib nə qədər neqativ addım atmaq olar. Cənab Prezidentin sizlərdən tələb etdiyi vətəndaş məmnunluğunu nə vaxt təmin edəcəksiniz, çox maraqlıdır. Məlumunuz olsun ki, Siz bu addımınızla Cənab Prezidentin fəaliyyətinə kölgə sala bilməyəcəksiniz.  Ayılın. Sizə göstərilən etimadı doğrultmağı duşunun. Belə olmaz.

***

Unutmayın ki, artıq bələdiyyələrdə beş il əvvəlki bələdiyyələr deyil. Adminstrasiyanın müvafiq sektorunun dəstəyi, ABMA -nın və "Bələdiyyələrə onlayn xidmət" mərkəzinin təşkilatçılığı ilə yaradılan BAMS proqramı bu qurumların inkişaf tarixində bir dönüş yaradıb. Ötən il bu sistemin dövlət informasiya sistemlərinə inteqrasiya edilməsi ilə bağlı Prezident sərəncamını isə tarixi bir sənəd hesab etmək olar.

***

Sizin qurum tərəfindən bu günədək ölkədəki sənədsiz əmlakın hüquqi statusunun müəyyən edilməməsi səbəbindən həm dövlət, həm bələdiyyə, həmdə vətəndaşın hansı itkilərlə üz-üzə qaldığını təhlil etməyi xahiş edirəm. Onda görəcəksiniz ki, sizin vaxtında atmadıgınız addımlar  ucbatından və yaxud hansısa maraqlar naminə ləngitdiyiniz bu prosesdən nə qədər vəsaiti həm dövlət büdcəsi, həm bələdiyyə büdcəsi itirib. Nəticədə vətəndaş narazılığı artıb. Bir daha təkrar edirəm, ayılın. Belə olmaz. Hərəkətə keçməyin vaxtı çatıb, dostlar.

Vüqar Tofiqli 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
578

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
428

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
406

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
312

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
485

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
312

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
468

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
672

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
432