Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-05-2026 , 18:19

48

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

“CASPIAN STORM” BASKETBOL KOMANDASI QAZAXSTANDA BÜRÜNC MEDAL QAZANIB

Bakının “Caspian Storm” basketbol komandası Qazaxıstanda keçirilən nüfuzlu  “Isker Cup 2026”  turinirində iştirakını uğurlu nəticələrlə başa vuraraq Azərbaycan adına bürünc medalları rəsmiləşdirib.

Qazaxıstanın Atyrau şəhərində keçirilən “ Isker Cup” turniri yüksək rəqabət və gərgin mübarizə ilə yadda qalıb.Turnirdə 2 Rusiya komandası, 1 Azərbaycan komandası və 3 Qazaxıstan komandası olmaqla ümumilikdə 6 komanda iştirak edib.Üç gün davam edən gərgin oyunlardan sonra Bakının “Caspian Storm”  komandası 2 qələbə və 2 məğlubiyyətlə turniri 3-cü yerdə başa vurmağı bacarıb.

Gərgin mübarizələrlə yadda qalan basketbol yarışında turnirin qalibi —  Rusiyanın “Podolsk”, 2-ci yerin sahibi turnirə ev sahibliyi edən Qazaxstanın “İsker”, 3-cü yer bürünc medalın sahibi isə Bakının “Caspian Storm” komandası olub.

Qeyd edək ki, “Caspian Storm” komandası yarışa “Medicus Clinic”in dəstəyi ilə qatılıb. Komandanın baş məşqçisi Əhmədov Nadir Azad oğludur .

 

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Yerin hər zaman görünəcək, dəyərli insan

Gündəlik Xəbərlər
31-03-2026
397