Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-11-2025 , 00:55

724

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

Qoşqar Məmmədov: “Böyük Zəfər ulu öndər Heydər Əliyev siyasətinin, onun ölməz ideyalarının təntənəsi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin parlaq təcəssümüdür”

“Gəncə şəhər Nizami bələdiyyəsinin başda sədr olmaqla bütün  əməkdaşları 8 noyabr  Zəfər günü ilə əlaqədar  rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət ediblər”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Qoşqar Məmmədov deyib.

Bununla yanaşı bələdiyyənin inzibati binasında Qarabağ qazilərinin iştirakı ilə dəyirmi masa təşkil olunub.

Dəyirmi masada çıxış edən Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov Zəfər Günü münasibətilə hər kəsi təbrik edərək qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsi olduğunu qeyd edib. Sədr bildirib ki, torpaqlarımızın azad olunmasında fədakarlıq göstərən hər bir kəs xalqımız üçün əzizdir. Həyatları bahasına bizə qələbə sevinci yaşadan şəhidlərimiz Azərbaycanda şəhid anlayışına münasibəti tamamilə dəyişdi. Biz artıq məğlub deyilik, qalib ölkənin vətəndaşlarıyıq. Aldığımız hər nəfəsdə, atdığımız hər addımda həm bundan əvvəl verdiyimiz şəhidlərin, həm də Vətən müharibəsi şəhidlərinin və qazilərinin haqqı var. Sədr Qoşqar Məmməvov  daha sonra qeyd edib ki , böyük Zəfər ulu öndər Heydər Əliyev siyasətinin, onun ölməz ideyalarının təntənəsi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin parlaq təcəssümüdür. Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə Prezidentin şəxsi nəzarəti altında böyük miqyasda quruculuq və yenidənqurma işləri aparılır, "Böyük Qayıdışa dair Dövlət Proqramı" uğurla icra olunur. Qarabağ ölkəmizin ideoloji-siyasi mərkəzinə, beynəlxalq tədbirlərin və görüşlərin keçirildiyi məkana çevrilib.

Tədbirdə həm də   bələdiyyə  tərəfindən şəhid ailələri, müharibə əlilləri və hərbi qulluqçulara göstərilən diqqət və qayğıdan danışılıb.

Belediyye.info





Rəylər

0 Rəy


Rəy yaz