Gəncədə Kəpəz bələdiyyəsinin təşkilatçılığı ilə şəhid Nicat Qasımovun adına park salınıb
Gəncə şəhərində şəhid Nicat Qasımovun adına yeni park salınıb. Belediyye.info Gencexeber.az-a istinadən xəbər verir ki, şəhərin Azərbaycan küçəsi 97a ünvanında yerləşən parkın yaradılması təşəbbüsü şəhər sakini, ictimai fəal Kamil Qasımova məxsusdur. O, bu məqsədlə Gəncə şəhər Kəpəz Bələdiyyəsinin rəhbəri Yaşar Abdullayevə, həmçinin Gənclər və İdman Nazirliyinə müraciət edib. Təşəbbüs müsbət qarşılanıb və ərazidə abadlıq işlərinə başlanılıb.
Təxminən
20 sot ərazini əhatə edəcək parkın bir hissəsində Kəpəz bələdiyyəsinin təşkilatçılığı
ilə artıq uşaqlar üçün oyun meydançası salınıb və oyun qurğuları quraşdırılıb.
Növbəti mərhələdə isə böyüklərin idman etməsi üçün xüsusi zona yaradılması nəzərdə
tutulur.
Yeni
istirahət və əyləncə guşəsində aparılan işlər davam etdirilir.
Qeyd edək
ki, Nicat Elşən oğlu Qasımov 17 oktyabr 1991-ci ildə Gəncədə anadan olub. O, 33
nömrəli tam orta məktəbi bitirib.
2010-cu
ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin sentyabr ayında Azərbaycan
Ordusunda keçirilən hərbi təlimlərə cəlb olunub. Vətən müharibəsində iştirak
edib. Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub.
Nicat
Elşən oğlu Qasımov 2 oktyabr 2020-ci ildə Kəlbəcər rayonunun azad olunması
uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb. İki gün sonra Gəncə şəhərinin
Şəhidlər xiyabanında dəfn edilib.
Nicat Qasımov ölümündən sonra Prezident tərəfindən "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.
Rəylər
0 Rəy