Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-12-2025 , 21:23

1141

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

"Azparkinq"də hesabatlılıq necə təşkil edilib, bilən varmı?

“Azparkinq” çox müasir ödəniş sistemi qurub. Halal olsun. Alqışa layiq bir sistemdir. Arada girəvədən istifadə edib, maşını əyri saxlayanda belə cərimə yazmağı da unutmur. Olsun. Ancaq mənə maraqlı olan məqam -ay ərzində onlayn sistem vasitəsi ilə yığılan vəsaitin həcmi nə qədərdir, bilmək olarmı?

Hesabat aparılırmı ki, rayonlar üzrə nə qədər vəsait əldə olunur? Və bu vəsaitdən dövlət büdcəsinə ödənilən vəsaitin həcmi bəllidirmi?

Yəni qurumda hesabatlılıq necə təşkil edilib, bilən varmı, çox maraqlıdır.

Biz RİH-dən, bələdiyyədən və digər qurumlardan hesabatlılıq və şəffaflığın təmin edilməsini tələb edirik, amma “Azparkınq”dan bunu niyə tələb etmirik. Üstəlik "Azparkinq' bələdiyyə ərazilərində az qala məhəllələrdə də parkınq quraşdırdığı bir vaxtda əldə etdiyi vəsaitdən niyə səs verdiyi bələdiyyəyə ödəniş etməyi özünə sanki ar bilir. Min bir bəhanə gətirərək ödənişdən yayınır. Tutaq ki, qanunda boşluq var. Olsun. Bələdiyyənin büdcəsinə əldə etdiyi vəsaitin 10 faizi həcmində yardım etmiş olsa "xançalının qaşı düşməz ki". Onsuzda bələdiyyə bütün hallarda "Azparkinq"dən alacağı vəsaiti elə vətəndaşın probleminin həllinə yönəldir.

Mən bir vətəndaş olaraq müvafiq qurumlardan xahiş edirəm AYNA-ya aid olan bir qurumun yəni "Azparkinq"də şəffaflıgın ve hesabatlılığın təmin edilməsi üçün məlumatın ictimailəsdirməsinə öz dəstəyini göstərsinlər. Bununla həm də cənab Prezidentin tələb etdiyi vətəndaş məmnunluğunu təmin etmiş olacaqlar.

Əvvəlcədən təşəkkür edirəm.

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
888

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
834

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
1115

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
777

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
995