Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-12-2025 , 13:04

715

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

2025-ci ilin dövlət büdcəsində nəzərdə tutulsa da, Maliyyə nazirliyi cari ildə bələdiyyələrin subvensiya layihələrinə vəsait ayırmadı. Səbəbi isə bu günədək ictimaiyyətə acıqlanmayıb. Maliyyə vəsaitinin həcmi isə 1.550.000 manat idi. Maraqlıdır, bu vəsaitin aqibəti indi necə olacaq?

Deyilənə görə, təqdim edilən layihələr sırasında nazirliyin "qəlbinə" yol tapan layihə olmayıb. Olsun. Hiss olunur ki, günahkar yenə bələdiyyələr çıxarılacaq. Yaxşı yazmayıblar, layihəni kəm- kəsirlə təqdim ediblər. Və sair və ilaxır.

Bəs maraqlıdır, nazirlik bələdiyyələrə layihə yazılışı ilə bağlı bu günədək hansısa formada seminar təşkil edibmi və yaxud hansısa normativ sənədlər toplusu hazırlayıbmı. Yəni bələdiyyələrə konkret olaraq izah verilibmi ki, layihə yazşılışı zamanı hansı tələblərə riayət etmək lazımdır? Bildiyim qədər belə proses baş verməyib. Müşahidələr göstərir ki, nazirliyin problemli məqamlarından biri də bələdiyyəni bir struktur kimi tanımamasıdır. Bəlkə də biz yanılırıq. Ancaq görünən budur.

Cari ildə subvensiya layihələrinə vəsait ayırmasa da bəs maraqlıdır, indiyədək nazirlik hansı forma və məzmunla bələdiyyələrə subvensiya layihələrinə maliyyə ayırıbmış? Çox maraqlıdır, deyilmi.

Bu sahədə ciddi narahatlıq doğuran məqamlardan biri şəffaflığın təmin edilməməsidir. Yəni bu günədək ayrılan layihələr haqqında nazirlik ictimaiyyətə hər hansı formada məlumat verməyib. Yəni bir kimsənin məlumatı yoxdur ki, bu günədək hansı bələdiyyənin hansı layihəsinə nə qədər maliyyə ayrılıb.Və ən əsası bu layihə necə icra olunub.

İkinci bir məqam maliyyə ayırdığı bələdiyyənin bu layihənin necə icra etməsi barədə də nazirlikdə hər hansı məlumat yoxdur. Olması üçün yəqin ki, monitorinq aparılmalı idi. Bu monitorinq aparılmayıb. Bəlkə aparılıb, xəbərimiz yoxdur. Və yekun da həyata keçirilən layihələrə qiymət verilməyib.

Məhz, çox yumşaq desəm, diqqətsizliyin nəticəsidir ki, hazırda subvensiya layihələrini icra edən bələdiyyələrin bəzilərinin işi hüquq müstəvisində araşdırılır. Bəzilərinə ayrılan vəsaitin geri qaytarılması həyata keçirilmişdir. Bəli, bu faktdır və nazirikdə hər kəs bu məqamlarla tanışdır. Mən sadəcə ad çəkmirəm. Amma səbəb yumşaq desəm həm də məsuliyyəsizlikdədir.

Biz dəfələrlə subvensiya layihələri üzrə müsabiqənin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bu sahədəki təcrübəsindən yararlanaraq keçirilməsini təklif etmişik. Biz bütün prosesin indiki kimi kağız üzərindən deyil konkret bir sistem üzərindən aparılmasının tərəfdarıyıq. Yalnız bu şəraitdə cəmiyyətdə dolaşan neqativ fikirlərə son qoyulmuş olar. Ancaq hələ ki, nazilrik fikirlərşir və nəticədə bu il büdcədə təsdiq olunan vəsaitin ayrılmasına veto qoymuş oldu. Bununla işini bitmiş hesab etdi. Əfsuslar olsun ki, büdcədən vəsaiti ayrılıbsa onun ayrılması təmin edilməli idi. Günahi bələdiyyədə görməklə yanaşı, həm də nazirlik özündə görməli idi. Nə isə....

Bu sahədə ciddi narahatlıq doğuran halların baş verdiyini nazirlik etiraf etmiş olsa deyərdim ki, reytinqi bir xeyli artmış olar. Çünki bələdiyyələrə dotasiya və subvensiyanin ayrılmasında mövcud vəziyyət qəbul edilən deyil və ən əsası neqativ yarada biləcək məqamlarla zəngindir.

Beləliklə, nazirlik dövlət büdcəsində subvensiya layihələri üçün nəzərdə tutulmuş maliyyəni ayırmırsa onun günahı həm də elə nazirliyin özündə axtarmaq lazımdır. Nazirlik bələdiyyələrə əməkdaşlığa indiyədək qeyri-ciddi yanaşdığından bu il hətta subensiya layihəsinə vəsait ayırmağı ozünə rəva görməyib. Nəticə də, vəsait yəqinki geri qayıdacaq. Ancaq əvvəldən nazirlik bələdiyyələrlə işi sivil müstəvi üzərində qurmuş olsaydi, bu gün belə acınacaqlı vəziyyət yaranmazdı. Nə isə...

Birləsdirməni bəhanə gətirib sentyabr ayında dotasiya ayrılmasina isə daha sözüm yoxdu. Bələdiyyərə dotasıyanın ayrılmasında da vəziyyəti  qənaətbəxş hesab etmək olmaz. Güman edirəm ki,  nazirlik rəsmiləri qaldırılan məsələlərə reaksiya verib, indidən hərəkətə keçməklə mövcud neqativin aradan qaldırılması üçün addımlar atacaq və bununla cənab Prezidentin tələb etdiyi vətəndaş məmnunlunğunun tıəmin edilməsinə öz töhfəsini vermiş olacaqdır.

Biz isə bir az da gözləyək....

P.S. Qısa şəkildə toxunduğum bu yazıda xırdalıqlara getmirəm və hər hansı formada ad çəkimirəm. Nə isə...

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
749

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
822

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
729

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
898

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
1195

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
1100