Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-01-2026 , 09:53

824

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

“Mən Naxçıvanda da xüsusi nümayəndə institutu yaratmışam. Ancaq əfsuslar olsun ki, oraya təyin etdiyim kadr etimadımı doğrultmayıb və buna görə vəzifəsindən çıxarılmışdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib:

“Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə, sosial ədalət barədə mənim verdiyim tapşırıqlar, sözlər mətbuatda gedib. Amma təyin etdiyim adamlardan birini mən bir aydan sonra vəzifəsindən çıxartmışam. Yəni bu, məni çox məyus edir. Çünki bilirsiniz, mən artıq 22 ildir ki, bu vəzifədəyəm və bu illər ərzində bir çox kadrları vəzifəyə təyin etmişəm, etimad göstərmişəm. Hər dəfə yeni təyin edilən icra başçısı ilə mənim ya görüşlərim, ya telefonla söhbətim olur. Onların bəziləri televiziyaya, mətbuata verilir, bəziləri verilmir və tövsiyələrim də təxminən çox da dəyişmir”.

“Məyus edən də odur ki, əfsuslar olsun, gənc kadrlar arasında da pozuntulara yol verənlər var. Yəni burada gənc nəsil, yaşlı nəsil söhbəti getmir. İnsanların keyfiyyətindən söhbət gedir, ailədə, məktəbdə, cəmiyyətdə aldığı tərbiyədən söhbət gedir. Ona görə etimad göstərilir, onu doğruldan həmişə dəstəklənir. Mən həmişə kadrlara ədalətli olmuşam. Amma etimadı doğrultmayan, əyri yola gedənlər, əlbəttə ki, ya cinayət məsuliyyətinə cəlb edilir, - belə hallar kifayət qədər çoxdur, - ya da ki, inzibati qaydada cəzalandırılır. Nə deyə bilərəm, mən davam edəcəyəm, bu proses hamar deyil. Struktur islahatlarının aparılması təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir və mənim təcrübəm onu göstərir ki, bu, daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri”, - deyə dövlət başçısı qeyd edib.

Xatırladaq ki, Elxan İbrahimov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən 48 gün sonra - dekabrın 29-da işdən çıxarılmışdı.

https://qafqazinfo.az/news/detail/onu-bir-aydan-sonra-vezifesinden-cixartmisam-494429

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
749

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
822

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
729

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
899

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
1196

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
1101