Vahid Mirzəyev: “Maddi-mədəni irs nümunələrinin daha dərindən öyrənilməsi üçün bələdiyyədə işçi qrupunun yaradılması nəzərdə tutulur”
““Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində ilk görüşü Cəlilabad bələdiyyəsinin inzibati binasında bələdiyyənin üzv və qulluqçularının iştirakı ilə keçirilib.
Görüşdə
ictimai birliyin sədri Vüqar Cəfərov qeyd edib ki, ölkəmizin doqquz rayon bələdiyyəsini əhatə edən
layihənin əsas ideyasının rayon ərazilərindəki maddi-mədəni irs abidələrinin
öyrənilməsi, qorunması və təbliğinin təşkilində bələdiyyələrin işinin efektiv
qurulmasına nail olmaqdır.
Vüqar
Cəfərov çıxışında maddı-mədəni irs abidələrinin öyrənilməsi, qorunması və təbliği
istiqamətində inkişaf etmiş ölkələrin təcrübəsi barədə danışıb. Türkiyə təcrubəsinə
toxunan ictimai birliyin sədri hazırda ölkə bələdiyyələri bu təcrübədən yaralanmasının
mühüm əhəmiyyəti ola bilər. Nəzərə alaq ki, qədim tarixə sahib olan Cəlilabad
rayonunda bu təcrübədən yararlanmaqla bələdiyyə büdcəsinə əlavə vəsait cəlb etmək
mümkündür.
Görüşdə
Cəlilabad bələdiyyəsinin sədri Vahid Mirzəyev müzakirə edilən mövzunun
aktulallığına toxunaraq bələdiyyə tərəfindən bu sahənin mühafizəsi üçün
perspektivdə büdcədə ayrıca maliyyə vəsaitinin ayrılmasının vacibliyini vurğulayıb.
Sədrin sözlərinə görə, bu gün bələdiyyənin əsas məqsədi vətəndaş məmnunluğunun
təmin edilməsi üçün büdcə gəlirlərini artırmaqdır. Büdcə gəlirlərinin artımı nəticədə bu sahəyədə
əlavə maliyyənin ayrılmasına imkan verəcəkdir. Bununla yanaşı maddi-mədəni irs
nümunələrinin daha dərindən öyrənilməsi üçün işçi qrupunun yaradılması nəzərdə
tutulur.
Görüşdə həmçinin bələdiyyənin sədr müavini, tarixçi Elçin Hüseynov Cəlilabadın yaranma tarixindən, inkişaf yolundan, rayonun qədim abidələrinin funksionallığından danışıb. Cari ilin büdcəsində məhz büdcə layihəsinin müzakirəsində maddi-mədəni irs numunələrinin mühafizəsi və qorunması üçün maliyyənin ayrılmasının vacibliyi vurğulanmışdır. Bununla yanaşı maddi- mədəni irs nümunələrinin öyrənilməsi və qeydiyyata alınması üçün mütəxəssislərindən ibarət işçi qrupunun yaradılması da nəzərdə tutulan addımların həyata keçirilməsinə öz töhfəsini verəcəkdir. Müzakirələrdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Sonda
görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd
edək ki, iki günlük səfər çərçivəsində bələdiyyənin fəaliyyəti ilə yaxından
tanışlıq keçirilmiş, rayonda fəaliyyətdə olan Cəlilabad rayon tarix-diyarşünaslıq
muzeyi, həmçinin qədim Hasıllı məscidi
ziyarət olunmuşdur.
Xatırladaq
ki, layihə çərçivəsində növbəti görüşlər Masallı, Yardımlı, Siyəzən, Şabran
Quba, Xaçmaz, İsmayıllı və Oğuz rayon bələdiyyələrində
keçirilməsi nəzərdə tutulmuşdur.
Əlavə
edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi 2009-cu ilin
dekabrında təsis edilmiş və 2010-cu ilin
fevral ayında rəsmi dövlət qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq
aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə
söykənən layihələrin icrası ilə məşğuldur.
Belediyye.info
Rəylər
0 Rəy