Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-06-2026 , 16:47

135

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Vahid Mirzəyev: “Maddi-mədəni irs nümunələrinin daha dərindən öyrənilməsi üçün bələdiyyədə işçi qrupunun yaradılması nəzərdə tutulur”

““Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində ilk görüşü Cəlilabad bələdiyyəsinin inzibati binasında bələdiyyənin üzv və qulluqçularının iştirakı ilə keçirilib.

Görüşdə ictimai birliyin sədri Vüqar Cəfərov qeyd edib ki,  ölkəmizin doqquz rayon bələdiyyəsini əhatə edən layihənin əsas ideyasının  rayon  ərazilərindəki maddi-mədəni irs abidələrinin öyrənilməsi, qorunması və təbliğinin təşkilində bələdiyyələrin işinin efektiv qurulmasına nail olmaqdır.

Vüqar Cəfərov çıxışında maddı-mədəni irs abidələrinin öyrənilməsi, qorunması və təbliği istiqamətində inkişaf etmiş ölkələrin təcrübəsi barədə danışıb. Türkiyə təcrubəsinə toxunan ictimai birliyin sədri hazırda ölkə bələdiyyələri bu təcrübədən yaralanmasının mühüm əhəmiyyəti ola bilər. Nəzərə alaq ki, qədim tarixə sahib olan Cəlilabad rayonunda bu təcrübədən yararlanmaqla bələdiyyə büdcəsinə əlavə vəsait cəlb etmək mümkündür.

Görüşdə Cəlilabad bələdiyyəsinin sədri Vahid Mirzəyev müzakirə edilən mövzunun aktulallığına toxunaraq bələdiyyə tərəfindən bu sahənin mühafizəsi üçün perspektivdə büdcədə ayrıca maliyyə vəsaitinin ayrılmasının vacibliyini vurğulayıb. Sədrin sözlərinə görə, bu gün bələdiyyənin əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi üçün büdcə gəlirlərini artırmaqdır.  Büdcə gəlirlərinin artımı nəticədə bu sahəyədə əlavə maliyyənin ayrılmasına imkan verəcəkdir. Bununla yanaşı maddi-mədəni irs nümunələrinin daha dərindən öyrənilməsi üçün işçi qrupunun yaradılması nəzərdə tutulur.

Görüşdə həmçinin bələdiyyənin sədr müavini, tarixçi Elçin Hüseynov Cəlilabadın yaranma tarixindən, inkişaf yolundan, rayonun qədim abidələrinin funksionallığından danışıb. Cari ilin büdcəsində məhz büdcə layihəsinin müzakirəsində maddi-mədəni irs numunələrinin mühafizəsi və qorunması üçün maliyyənin ayrılmasının vacibliyi vurğulanmışdır. Bununla yanaşı maddi- mədəni irs nümunələrinin öyrənilməsi və qeydiyyata alınması üçün mütəxəssislərindən ibarət işçi qrupunun yaradılması da  nəzərdə tutulan addımların həyata keçirilməsinə öz töhfəsini verəcəkdir. Müzakirələrdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, iki günlük səfər çərçivəsində bələdiyyənin fəaliyyəti ilə yaxından tanışlıq keçirilmiş, rayonda fəaliyyətdə olan Cəlilabad rayon tarix-diyarşünaslıq muzeyi, həmçinin  qədim  Hasıllı məscidi ziyarət olunmuşdur.

Xatırladaq ki, layihə çərçivəsində növbəti görüşlər Masallı, Yardımlı, Siyəzən, Şabran Quba, Xaçmaz, İsmayıllı və  Oğuz rayon bələdiyyələrində keçirilməsi nəzərdə tutulmuşdur.

Əlavə edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi 2009-cu ilin dekabrında təsis edilmiş və  2010-cu ilin fevral ayında rəsmi dövlət qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə söykənən layihələrin icrası ilə məşğuldur. 

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Yerin hər zaman görünəcək, dəyərli insan

Gündəlik Xəbərlər
31-03-2026
598