Regional ədliyyə idarəsinin rəisinə “Baş ədliyyə müşaviri” rütbəsi verilib
Belediyye.infonun əldə etdiyi məlumata görə, Xaçmaz regional ədliyyə idarəsinin rəisi Qədir Paşayev Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə “Baş ədliyyə müşaviri” rütbəsi verilib.
Qədir Paşayev 2004-cı ildən Ədliyyə Nazirliyinin müxtəlif
qurumlarında, o cümlədən Xaçmaz regional
ədliyyyə idarəsində müxtəlif məsul vəzifələrdə
çalışıb. 2024-cı ilin oktyabr ayından isə Xaçmaz regional ədliyyə idarəsinin rəisi vəzifəsinə
təyinat alıb.
Əlavə edək ki, Xaçmaz regional ədliyyə idarəsi ərazi
yurisdiksiyasına Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonları daxildir.
Qədir Paşayev həmçinin Azərbaycan Respublikasının Prezidentinin 20
noyabr 2018-ci il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə
medalı" ilə təltif olunub.
Belediyye.info
Rəylər
0 Rəy