Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-07-2026 , 22:30

31

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

Mürsəl Eminov “Bu gün  korrupsiyaya qarşı mübarizə ölkə başçısının prioritet fəaliyyət istiqamətlərindəndir”

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Bakı İctimai Əməkdaşlıq Mərkəzinin  layihəsi çərçivəsində Binəqədi bələdiyyəsinin təşkilatçılığı bələdiyyənin inzibati binasında  tədbir keçirilib.

"Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin artırılması sahəsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi" layihəsi çərçivəsində keçirililən tədbirdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov geniş məruzə ilə çıxış edib.

​Sədr  çıxışında layihənin əhəmiyyətindən danışaraq korrupsiyaya qarşı mübarizəyə həsr olunan  tədbirlərin keçirilməsinin mühüm əhəmiyəti olduğunu qeyd edib.

Mürsəl Eminov çıxışında müstəqillik illərində  Ulu öndər Heydər Əliyevin qəbul etdiyi hüquqi sənədlərin vətəndaş cəmiyyətinin bu bəlaya qarşı apardıqları işlərin əlaqələndirilməsində mühüm rol oynadığını xüsusi vurğulamışdır.

Mürsəl Eminov daha sonra qeyd edib ki, bu gün  korrupsiyaya qarşı mübarizə ölkə başçısının prioritet fəaliyyət istiqamətlərindəndir.

​​Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni çıxış edərək Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan  layihə çərçivəsində keçirilən tədbirin təşkilində göstərdiyi dəsətəyə görə Binəqədi bələdiyyəsinə təşəkkürünü bildirib.

Rauf Zeyni çıxışında vətəndaş cəmiyyəti tərəfindən göstərilən təşəbbüslər, həyata keçirilən layihələr, eyni zamanda layihədən kənar fəaliyyətin həyata keçirilməsi, ictimai nəzarət sahəsində təşəbbüslərin göstərilməsi və illər öncə həyata keçirilən fəaliyyət, vətəndaşların sosial rifahı naminə aparılan fəaliyyət və tədbirlər haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.

​​Daha sonra tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekspertlər mövzu ilə əlaqəli öz fikirlərini bildirmişlər.

​Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırmışdır.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər