Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-07-2026 , 23:28

55

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

Yaşar Abdullayev: “Məqsədimiz daha yüksək nəticələr əldə etməkdir”

“Bələdiyyə olaraq əsas vəzifəmiz sakinlərə xidmət etmək, vətəndaş məmnunluğunu təmin etməkdir”-bu fikirləri Belediyye.infoya Gəncə şəhəri, Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev deyib.

Sədr qeyd edib ki, bələdiyyənin vergi xidmətinin əsas hədəfi büdcə gəlirlərinin həcmini bir milyon manata çatdırmaqdır. Büdcə gəlirlərinin artması nəticədə ərazidə keçirilən sayını və həcminin artmasına səbəb olur. Bununla yanaşı əhalinin həssas qrupuna göstərdiyimiz maddi və mənəvi dəstəyimizin həcmini artırır.  

Sədr qeyd edib ki, cari ilin birinci yarımilində bələdiyyənin əldə etdiyi vəsaitin həcmi 454.097 manata çatıb. Əldə edilən bu vəsaitin   15.642 manatı fiziki şəxslərdən əmlak vergisindən,  93.058 manat fiziki şəxslərdən torpaq vergisindən, 100 manat bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdən mənfəət vergisindən, 8.339 manatı bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacağı üçün ödənişlərdən, 180.933 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən,  10.103 manatı bələdiyyə mülkiyyətinin  icarəyə verilməsindən,  4.412 manatı  koordinat arayışlarından daxilolmalardan daxil olub.

Bu gün vətəndaş məmnunluğunun təmin edilməsi üçün bələdiyyənin kollektivi var qüvvəsi ilə çalışır. Məqsədimiz daha yüksək nəticələr əldə etməkdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz