Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-03-2025 , 09:04

1934

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

İmişli regional ədliyyə idarəsində  bələdiyyələrin birləşməsi ilə bağlı  yaradılmış komissiyanın ilk iclasları keçirilib

İmişli regional ədliyyə idarəsində Beyləqan, Saatlı, Biləsuvar rayonları üzrə bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə yaradılmış komissiyanın ilk iclasları keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və vətənin azadlığı, suverenliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Sonra regional idarənin rəisi (komissiyanın sədri) İsgəndər Orucov çıxış edərək “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” 18.10.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun icrası məqsədilə Nazirlər Kabinetinin “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması haqqında” 13.01.2025-ci il tarixli, 13s nömrəli Sərəncamının icrası barədə Ədliyyə Nazirliyinin 03.02.2025-ci il tarixli, 03-T saylı əmri ilə yaradılmış komissiyaların yerlərdəki fərdi tərkibinin təsdiq edildiyini bildirib.

Birləşmə zamanı tərtib ediləcək müvafiq aktların nümunəsi komissiyanın üzvlərinə təqdim edilib, görüləcək işlərlə bağlı onlara ətraflı izah verilib, həmçinin mümkün olan qısa müddətdə birləşən və yeni bələdiyyələr arasında təhvil-təslim işlərinin yekunlaşmasının zəruriliyi vurğulanıb.

Ədliyyə Nazirliyinin yuxarıda qeyd olunan müvafiq əmrinin icrası ilə bağlı birləşmiş bələdiyyələrə məxsus mülkiyyət, maliyyə və başqa məsələlərin həlli zamanı qanun pozuntuları, o cümlədən bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalar aşkar edildikdə müvafiq tədbirlərin görüləcəyi komissiya üzvlərinin diqqətinə çatdırılıb.  

İclasın sonunda içtirakçıları maraqlandıran  bütün suallar cavablandırılıb.

İmişli regional ədliyyə idarəsi 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
629

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
452

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
625

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
827

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
533

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
887

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
925

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
792