Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-01-2026 , 20:07

752

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Sağlam təməl üzərində qazanılan böyük uğur

(Sumqayıt bələdiyyəsinin hesabat təqdimatı barədə)

Dünən Sumqayıt bələdiyyəsi hesabatını təqdim etdi. Əslində sadə görünən bir təqdimatın arxasında günlərlə, aylarla görülən işlər dayanır. O işlər ki, onların icrası həm də vətəndaş məmnunluğunun təminatı deməkdir.

Uzun illərdən bəri tədqiqat apardığım, bələdiyyə sisteminin hansısa bir formada uğur qazanması üçün az qala “dəridən qabiqdan” çıxan bir kimi deməliyəm ki, dünənki təqdimat elə təşkil edilmişdi ki, orda hansısa bir formada tənqidə yer qoyulmamışdı. Hər bir addım- banerlərdən tutmuş, qonaqların və seçicilərin yerləşdirilməsinədək davam edən proses  zərgər dəqiqliyi ilə ölçülüb-biçilmişdi.

Sözsüz ki, bu işlər sədrin və kollektivin birgə əməyinin nəticəsi idi. Ancaq bununla yanaşı, Adil Xudadatovun üzv və bələdiyyə sədri olaraq təcrübəsi az olsa da, uzun illər dövlət qulluğunda  qazandığı təcrübənin hazırda çalışdığı sahədə tətbiq etməsi məhz bu uğurun  həm də açarı hesab etmək olar.

Bu gün Sumqayıt bələdiyyəsinin  685 bələdiyyə sırasında büdcə daxilolmalarına və hətta büdcə xərclərinə görə birinci yeri tutması etiraf edilməlidir ki, Sumqayıt şəhəri  üçün böyük uğur sayılmalıdır. Bu fikir şəhərin siyasi rəhbəri və həm də Sumqayıt bələdiyyəsinin ilk sədri olmuş Zakir Fərəcovun fikir idi. Bu gün Sumqayıt bələdiyyəsinin uğurunun kökündə  onun bünövrəsinin vaxtı ilə məhz saglam təməl  üzərində qoyulduğudan xəbər verir.

Onu da etiraf edim ki, sədr ilk baxışda təkəbbürlü adam təəsüratını yaratmış olsa da, əslində az vaxt ərzindəki fəaliyyətini izlədikdə, habelə  söhbət etdikcə, həmçinin hesabat zamanı çıxışını dinlədikcə onun  çox sadə və yüksək intellektə sahib  olduğunun şahid oldum.  

Sədrin 25 dəqiqəlik hesabatı, Milli Məclis üzvlərindən Hicran Hüseynovanın, xüsusəndə Mehriban Vəliyevanın “sinədəftər” şəkildə bələdiyyə sədrinin hətta səsləndirdiyi fikirlərə anındaca münasibət bildirməsi, Tahir Mirkişilinin bələdiyyəyə verdiyi tövsiyələr diqqəti çəkən məqamlardan  idi.

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının  və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevin səmimi notlara söykənən çıxışı da tədbirə əlavə rəng qatdı.

Sözsüz,  son sözlə çıxış edən şəhər icra hakimiyytinin başçısı Zakir Fərəcovun mükəmməl çıxışı, Sumqayıt bələdiyyəsinin 25 illik fəaliyyətinə faktlara söykənməklə  qiymət verməsi diqqətimdən yayınmadı. Bələdiyyənin hazırki  durumuna söylədiyi təklif və tövsiyələri sırasında isə bələdiyyəyə mülkiyyətə sahib olmalarlnın vacibliyini xüsusi  olaraq diqqət yetirməklə, həm də bələdiyyə kollektivinin üzərinə böyük məsuliyyət  yükü qoymuş oldu. Əslində hər bir bələdiyyə  əldə etdiyi büdcə gəlirləri ilə özünə dayanıqlı maliyyə mənbəyini yaratmağa borcludur. Təqdimatdan o da məlum oldu ki, Sumqayıt bələdiyyəsi də bu istiqamətdə  yollar axtarışındadır.

Beləliklə, hesabat tədbirinin təşkili, siyasi rəhbər tərəfindən  qaldırılan bəzi məsələlərə yerindəcə cavab verməsi və məsələlərə aydınlıq gətirməsi ilə ortaya bir səmimiyyət abu-havası yaratmış oldu.

Birinci sıranın ilk yerində  AzərTAc-ın əməkdaşı xanım Ətrabə Rzayeva ilə müəyyən məsələlərdə fikirlərimizin üst-üstə düşməsi isə təqdimatın təşkilinin müsbət tərəflərindən idi.

Bütün hallarda Sumqayıt bələdiyyəsi ötən ildə birinciliyi əldə vermədi. Tədbirin gedişi zamanı siyasi rəhbərin və bələdiyyə sədrinin apardıqları dialoqlar, siyasi rəhbərin irəli sürdüyü təklif və tövsiyələr ondan xəbər verir ki, Sumqayıt bələdiyyəsinin hələ növbəti illərdə də birinciliyi əldən vermək fikri yoxdur.

Bizə isə belə məqamda bələdiyyə kollektivinə yalnız uğurlar arzulamaq qalır.

Vüqar Tofiqli

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
575

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
422

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
404

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
309

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
481

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
309

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
465

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
668

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
430

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
751