Qarabağ regional ədliyyə idarəsi tərəfindən bələdiyyə nümayəndələri üçün seminar keçirilib
Ədliyyə Nazirliyinin Qarabağ regional ədliyyə idarəsi tərəfindən Ağdam və Füzuli rayonlarında fəaliyyət göstərən bələdiyyələrin sədrləri, üzvləri və qulluqçuları üçün seminar təşkil olunub.
Onlayn formatda keçirilən tədbir “Bələdiyyələrlə iş”
informasiya sistemindən istifadə mövzusuna həsr edilib.
Seminar çərçivəsində “Bələdiyyələrlə iş” informasiya
sistemindən səmərəli istifadə barədə, eləcə də iştirakçıların sistemin fəaliyyəti
ilə bağlı suallarına ətraflı izah verilib, real vaxt rejimində praktiki nümunələr
göstərilib.
Movzu ilə bağlı materiallar kommunikasiya vasitələri ilə 42 bələdiyyə nümayəndəsinə çatdırılıb. Maraq doğuran suallar operativ şəkildə cavablandırılıb.
Rəylər
0 Rəy