Zəfər Bayramı münasibətilə şəhid və qazi ailələri ziyarət olunub
“8
Noyabr – Zəfər Günü münasibətilə Ağcabədi Bələdiyyəsi Ağcabədi RİH-in tövsiyəsi
ilə şəhid ailələrini və qaziləri ziyarət etmişdir”- bu barədə məlumatı adıçəkilən
bələdiyyənin sədri İsmayıl Rəsulov deyib.
Sədr
qeyd edib ki, görüşlər zamanı bələdiyyə nümayəndələri ailə üzvləri ilə səmimi
söhbətlər aparılmış, onların qayğı və problemləri ilə maraqlanılmış, Zəfər
Bayramı münasibətilə təbriklərini çatdırmışlar.
Həmçinin
şəhid və qazi ailələrinə bayram sovqatları təqdim olunmuş, onlara göstərilən
diqqət və ehtiram bir daha ifadə edilmişdir.
Belediyye.info
Rəylər
0 Rəy