Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-11-2025 , 19:32

626

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Anar İsmayılov: Bu gün, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin ildönümü kimi, ölkənin bütün bölgələrində yüksək ehtiramla qeyd olunur


 

“Azərbaycan xalqı üçün 8 Noyabr – Zəfər Günü, dövlət müstəqilliyinin, milli birliyin və qəhrəmanlıq ruhunun rəmzidir. Bu gün, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin ildönümü kimi, ölkənin bütün bölgələrində yüksək ehtiramla qeyd olunur”- bu fikirləri Mingəçevir bələdiyyəsinin sədri Anar İsmayılov deyib.

Sədr qeyd edib ki, Mingəçevir Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən ədəbi-bədii tədbir Zəfər Gününün mənəvi əhəmiyyətini bir daha önə çıxardı. Tədbirdə şəhidlərin xatirəsi anıldı, qəhrəmanlıq nümunələri vurğulandı və “Son dərs: Vətən!” kitabının təqdimatı keçirildi.

 

Sədr müraciətinin  sonunda xalqımızı Zəfər günü münasibətilə təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq və Vətənimizə əbədi sülh arzulayıb.

Zəfərimiz mübarək olsun!

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər