Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-11-2025 , 16:03

429

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Natiq Bəkmirzəyev: “Sakinlərin içməli suya fasiləsiz çıxışının təmin edilməsi əsas prioritetlərdəndir”

“Quba rayonu Küpçal-Dağlı bələdiyyəsi tərəfindən Üçgün kənd yolunda içməli su xəttinin yenilənməsi ilə bağlı abadlıq işləri həyata keçirilib”  - bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Natiq Bəkmirzəyev deyib. 

Sədr qeyd edib ki, işlər zamanı köhnəlmiş su boruları yeniləri ilə əvəz olunub, ərazi qazılaraq yeni xətt çəkilib və daha sonra yol örtüyü tam şəkildə bərpa edilib.

Aparılan işlər çərçivəsində su təminatının davamlılığının artırılması məqsədilə magistral hissədə təmir-bərpa tədbirləri görülüb və mövcud kommunikasiya infrastrukturu səliqəyə salınıb.

Bələdiyyə sədr daha sonra bildirib ki, kəndlərin sosial infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək və sakinlərin içməli suya fasiləsiz çıxışının təmin edilməsi əsas prioritetlərdəndir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər