Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-12-2025 , 09:45

373

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri növbəti dəfə  vətəndaş qəbulu keçirib


Ağcabədi bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilmişdir. Görüşdə bələdiyyənin sədri İsmayıl Rəsulov və qurumun məsul əməkdaşları iştirak etmişlər. Qəbul zamanı şəhər sakinləri sosial, məişət və infrastruktur xarakterli müraciətlərini birbaşa Sədrə təqdim etmişlər.

Sədr İsmayıl Rəsulov hər bir vətəndaşın müraciətini diqqətlə dinləmiş, onların qaldırdığı məsələlərin operativ şəkildə həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar vermişdir. O, vurğulamışdır ki, vətəndaşların məmnunluğunun təmin olunması, sosial problemlərin aradan qaldırılması və onların rifah halının yaxşılaşdırılması bələdiyyə fəaliyyətinin əsas prioritet istiqamətlərindəndir.

Belə görüşlərin keçirilməsi yerli özünüidarəetmə orqanı ilə vətəndaşlar arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə, səmərəli əməkdaşlıq mühitinin formalaşmasına və ictimai etimadın artırılmasına mühüm töhfə verir.

Ağcabədi bələdiyyəsi



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər