Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-12-2025 , 11:44

50

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: “Sakinlərin müraciətinə  dərhal reaksiya vermək bizim borcumuzdur”


“Quba rayonunun Küpçal-Dağlı bələdiyyəsi tərəfindən Dağlı kəndində əhalinin istifadə etdiyi artezian içməli su quyusunda yaranmış nasazlıq qısa zamanda aradan qaldırılıb”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Natiq Bəkmirzəyev deyib.

Sədr qeyd edib ki, quyunun nasosunun yanması nəticəsində kəndin içməli su təminatında problem yaranmışdı. Məsələnin həlli üçün bələdiyyənin təşəbbüsü və kənd sakinlərinin dəstəyi ilə köhnə, yanmış nasos çıxarılaraq yeni nasosla əvəzlənmişdir.

Sədr bildirib ki, görülən işlər sayəsində artezian içməli su quyusunun fəaliyyəti tam bərpa edilib və kəndin su təminatı yenidən normal hala gətirilmişdir. Bələdiyyə göstərdikləri kömək və fəal iştiraklarına görə kənd ağsaqqallarına və bütün sakinlərə təşəkkürünü bildirir.

Eyni zamanda bələdiyyə bildirir ki, torpaq və əmlak vergilərinin ilin sonuna qədər ödənilməsi tövsiyə olunur. Yeni ildən gecikmələrə görə faiz hesablanacağı üçün vətəndaşların əlavə xərcə düşməməsi baxımından ödənişlərin vaxtında həyata keçirilməsi daha məqsədəuyğundur.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər