Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-01-2026 , 17:34

1361

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

 Var qüvvəmizlə çalışacağıq ki... BƏLƏDİYYƏ SƏDRİ HESABAT VERİR

(İmişli rayonu İmişli Bələdiyyəsinin 2025-ci il  ərzində görülmüş işlər haqqında HESABAT)

2025-ci ildə İmişli Bələdiyyəsinə 680 müraciət daxil olmuşdur. Bundan 58 müraciət həyətyanı torpaq alqı-satqısı üçün, 40 müraciət maddi yardımla bağlı, 18 müraciət təhlükə yaradan ağaclarla bağlı, 90 müraciət DSMF-dan dəfn xərci barədə,  474 müraciət isə digər qurumlar və orqanlardan daxil olan ərizələrdir. Bu müraciətlərə əsasən  həyətyanı torpaq alqı-satqısı üçün lazımı sənədlər hazırlanaraq aidiyyəti təşkilatlara göndərilmiş, maddi vəziyyətlərinin ağır olduğunu nəzərə alıb vətəndaşlara bələdiyyə tərəfindən maddi yaradımlar verilmiş, digər daxil olan ərizələrə isə qanuna müvafiq olaraq tədbirlər görülmüşdür.

İmişli Bələdiyyəsinin 01 yanvar 2026-cı il tarixə 42.18  manat sərbəst pul qalığı qalmış və 2025-ci il ərzində Dotasiya daxil olmaqla bələdiyyənin 228994 manat gəliri olmuşdur.

GƏLİRLƏR:

             Torpaq vergisindən –  34467.88 manat

             Əmlak vergisindən – 44360.21 manat

             Torpaq icarə haqqı –38781.28 manat

             Həyətyanı torpaq satışından –76362.72 manat

             Dövlət dotasiyası – 18000 manat

             Səyyari ticarət – 1453.00 manat

             Avtodayanacaq – 479.00 manat

             İanə- 5090 manat

             Cəmi : 228994.09 manat

XƏRCLƏR:

             Əmək haqqı,mükafat,bayrampulu –  98867.28 manat

             Bank xərci – 945.81 manat

             Rabitə xərci –  820.00 manat

             Enerji xərci –  900.00 manat

             Dəftərxana ləvazimatı – 684.00 manat

             DSMF-na – 24298.76 manat

             Tibbi sığorta –4034.08 manat

             İşsizlik – 982.47 manat

             Abunə haqqı – 132.00 manat

             Maddi yardım – 1390.00 manat

             Torpaq alqı-satqısı- 2290.00 manat

             Səhvən ödənilən vəsait geri qaytarılır – 1536.00 manat

             Audit xidmət haqqı – 2000.00 manat

             Ezamiyyə– 1031.00 manat

             Dəfn xərci – 1140 manat

             Yığıma görə xidmət haqqı – 7294.03 manat

             Onlayın xidmət haqqı- 6028.32 manat

             Təmir-tikinti işlərinə- 54433.50 manat

             Avadanlığın alınması- 5590.00 manat

             Torpaq xərci- 264.07 manat

             Üzvlük haqqı –255.00 manat

             Assosasiya üzvlük haqqı – 1800.00 manat

             Həmkarlar –1652.92 manat

             Biznes kart – 305.00 manat

             Torpaq çıxarışının alınması – 7720.00 manat

             Cəmi: 228945.00 manat

01.01.2026-cı ilə 42.18 manat sərbəst pul qalığı qalmışdır. İmişli Bələdiyyəsi tərəfindən 2025-ci ildə İmişli bələdiyyəsinin nəzdində yeni “Şəhər İnkişaf Lahiyələr” MMC müəssisəsi yaradılmış, İmişli Bələdiyyəsinin inzibati binası, İmişli şəhəri Q.ismayılzadə küçəsində yerləşən Rəsul arx kanalının ətrafındakı piyada səkisi, Nizami və Sabir adına istirahət parkında yerləşən sanitar qovşağ binaları təmir təmir edilmişdir. Bundan başqa İmişli şəhəri Zəfər prospektində və N.Savalanov küçəsinin sonunda yaşıllığ zolağında şam ağacı əkilmiş, şəhər ərazisində müxtəlif küçələrdə qurumuş ağaclar götürülmüş və yerində həmişəyaşıl ağaclar əkilmişdir. Keçmiş İmişli-Kürdəmir magistral yolu indiki Zəfər yolu məişət tullantılarından təmizlənmiş və zibil qabları qoyulmuş, şəhər ərazisində yerləşən hər 2 qəbrstanlığında daimi təmizlik və abadlıq işləri aparılmış, uçub dağılmış kimsəsiz qəbrlərdə təmir aparılmışdır.

Qurban Bayramı münasibəti ilə şəhid ailələrinə, qazilərə, vətən müharibəsi iştirakçılarına o cümlədən maddi köməkliyə ehtiyacı olan 58 ailəyə qurban kəsilib paylanılmışdır.

Bələdiyyəmiz tərəfindən daha çox vergi toplamaq olardı. Lakin iri vergi ödəyicilərinə, fiziki şəxslərə bələdiyyəmizə olan vergi və rüsumlara dair borcları barədə çoxsaylı bildirişlər verməyimizə baxmayaraq onlar bələdiyyəyə olan vergi borclarını ödəməkdən imtina edirlər. Bununla bağlı icra və probasiya şöbəsinə tərəfimizdən müraciət edilmişdir.

Ötən illərə nisbətən 2025-ci ildə bələdiyyənin büdcəsinə yığım orta səviyyədə olmuşdur.  2026-cı ildə bütün işçiləri səfərbər edib var qüvvəmizlə çalışacağıq ki, vergi və rüsumların vaxtında toplanılmasını təmin edək.

Qalib Mirzəyev

İmişli Bələdiyyəsinin  sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər