Atabala Şeydayev: “Sakinlərin hər bir müraciəti diqqət mərkəzində saxlanılır”
“Kənd sakinlərinin müraciəti daim bələdiyyənin diqqətindədir. Hər bir müraciət bələdiyyə iclasında müzakirəyə çıxarılır. Bələdiyyə üzvlərinin məqbul saydıqları məsələlər tezliklə öz həllini tapır”- bu fikirləri Şabran rayonu, Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev deyib.
Sədrin sözlərinə görə,
avtobus dayanacağı ilə bağlı sakinlərin kollektiv müraciəti bələdiyyə iclasında
müzakirəyə çıxarılaraq icrası barədə qərar qəbul edilmişdir. Bununla yanaşı sakinlərin müraciətində əraziyə
zibil qutularının qoylması da xahiş olunurdu.
Sədr qeyd edib ki, artıq müraciətlər öz həllini tapıb. Bu
layihələr də bələdiyyənin təsis etdiyi “Uğur Pirəbədil” MMC tərəfindən icra
olunub.
Qeyd edək ki, Pirəbədil bələdiyyəsinin 13 nəfər üzvü və 17 nəfər bələdiyyə qulluqçusu var. İrili-xırdalı 38 kəndi əfatə edən bələdiyyənin ərazisində 10 min nəfərdən artıq sakin yaşayır.
Belediyye.info
Rəylər
0 Rəy