Natiq Bəkmirzəyev: “Şəhidlərimizin xatirəsinin yaşadılması və onların ailələrinə mənəvi dəstəyin göstərilməsi baxımından böyük əhəmiyyət daşıyır”
“Bələdiyyə ərazisində yaşayan şəhid ailələri və qazilər daim dövlət qayğısı ilə əhatə olunur və Quba Rayon İcra Hakimiyyəti tərəfindən diqqətdə saxlanılır. Eyni zamanda, Küpçal-Dağlı bələdiyyəsi tərəfindən də həssas qrupa aid olan insanlara mütəmadi olaraq xüsusi diqqət və qayğı göstərilir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Natiq Bəkmirzəyev deyib.
Sədrin
sözlərinə görə, 2024-cü ildə Üçgün kəndindən olan şəhid Eldarov Sədyar Rizvan
oğlunun kənd qəbirstanlğındakı məzarı mərmər daşdan yenidən qurulmuşdur.
30
aprel 2026-cı il tarixində isə Küpçal-Dağlı bələdiyyəsi tərəfindən Üçgün kəndindən
olan şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə şəhidlərin adlarına
kənd ərazisində plakatlar yerləşdirilmişdir.
Plakatlar
şəhidlərimiz — Mirzəyev Nuran Akif oğlu, Xudayev Yaşar Əli oğlu, Bayramov
İxtiyar Bayram oğlu, Tahirov Alimşah Əmirşah oğlu, Eldarov Sədyar Rizvan oğlu və
Abdulrəhimov Ramin Şövkət oğlunun əziz xatirəsinə ithaf olunmuşdur.
Bu
kimi addımlar şəhidlərimizin xatirəsinin yaşadılması və onların ailələrinə mənəvi
dəstəyin göstərilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Belediyye.info
Rəylər
0 Rəy