Ağacəkmə aksiyası bələdiyyənin təşəbbüsü ilə keçirilib
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı
ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar
təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bu gün Şabran rayonunun Çölquşçu
kənd tamorta ümumitəhsil məktəbində ağacəkmə aksiyası keçirilmişdir.
Aksiya çərçivəsində
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi,
ölkənin sosial-iqtisadi inkişafı və milli-mənəvi dəyərlərin qorunması istiqamətində
misilsiz xidmətləri xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, Ulu Öndər hər
zaman təbiətin mühafizəsinə, ekoloji tarazlığın qorunmasına və yaşıllıqların
artırılmasına böyük önəm vermiş, bu sahədə həyata keçirilən tədbirlərin əsasını
qoymuşdur. Onun təşəbbüsü ilə ölkəmizdə genişmiqyaslı abadlıq və yaşıllaşdırma
işləri aparılmış, şəhər və rayonlarda parklar, xiyabanlar salınmışdır.
Qeyd olunmuşdur ki, bu gün də Ümummilli Liderin müəyyən
etdiyi inkişaf strategiyası uğurla davam etdirilir, ətraf mühitin qorunması və
yaşıllıqların artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri
kimi diqqətdə saxlanılır.
Sonda iştirakçılar tərəfindən əkilən ağaclara müntəzəm
qulluq göstəriləcəyi və onların qorunmasının təmin olunacağı bildirilib.
Şabran şəhər bələdiyyəsi tərəfindən təşkil olunan bu təşəbbüsün əsas məqsədi ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıqların artırılması və gənc nəsildə təbiətə sevgi və qayğı hissinin formalaşdırılmasıdır. Yaradılmış şəraitə görə məktəb rəhbərliyinə, şagirdlərə təşəkkür edirik. Şabran bələdiyyəsi
Rəylər
0 Rəy